Telefonların enerji problemi son zamanların ən aktual problemlərindən biridir. Yəqin ki, çoxumuz bu problemi həll etmək üçün telefonla bərabər özümüzlə enerji adapterlərin də daşımalı oluruq. Indiegogo-da yerləşdirilən yeni PowerMe bağlayıcısı bu problemi qismən həll edə bilər.
Yanında adapter daşımaq istməyən şəxslər üçün hazırlanan bu bağlayıcı vasitəsilə siz telefonunuzla digər cihazlara bağlanıb həmin cihazlardan enerji ala bilərsiniz. PowerMe bağlayıcısı microUSB və lightning kabel cihazları ilə işləyir. Telefonlar arasında media göndərilməsini də təmin edən bu bağlayıcı enerji üçün sade bağlayıcı rolunu da oynaya bilir. OTG texnologiyası əsasında hazıralanan PowerMe telefonlar daxil microUSB girişi olan bütün cihazlardan enerji ala bilir. Bu bağlayıcının iOS üçün kiçik bir adapteri mövcuddur.
İndiegogo üzərindən 10.000 dollar hədəflənsədə həfdəfin bitməsinə 37 gün qalmış 20.000 yatırım alan PowerM-yəsahib olmaq üçün 11$ yatırım etməlisiniz.
Yatırım üçün bura daxil olun: https://www.indiegogo.com/projects/powerme-turn-any-device-into-a-power-source#/
Şərh yoxdur