Telefonunuzu sürətləndirəcək 6 addım!

08.05.2017 0 PAYLAŞIM 10352 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Günümüzdə mövcud olan ən böyük problemlərdən biri də telefonumuzun donması və sürətinin azalmasıdır. Ən yaxşı cihazları nəzərə aldıqda, 12-18 ay sonra telefonda inanılmaz performans zəifləməsi başlayır. Buna minlərlə səbəb var, RAM həcminin az olmasından tutmuş, düzgün kodlaşdırılmayan proqramlara qədər hər şey təsir edir. Bəs çıxış yolu nədir? Yeni cihaz almalıyam? Əlbəttə ki, yeni cihaz almaq sizin ən yaxşı seçiminizdir. Amma əgər öz telefonunuz dəyişmədən bu problemləri azaltmaq istəyirsinizsə, onda yazımızı diqqətlə oxuyun. Bu yazımızda sizə performansı yüksəldə biləcək ən yaxşı 6 variantı təqdim edəcəyik. Əgər zəif performanslı cihaza sahibsinizsə, bu addımlarla onu "dirildə " bilərsiniz. Elə isə başlayaq..
 
CİHAZI FABRİK TƏNZİMLƏMƏRİNƏ QAYTARMAQ
Bunu biz "do a factory reset " adı ilə də bilirik. Telefonumuzu aldıqdan sonra onun üzərində minlərlə əməliyyat aparırıq. Müəyyən dövr ərzində telefonumuza yüzlərlə proqram yazıb silirik. Bunların bəzilərini bəlkə də istifadə etmirik, amma onlar "səssizcə " arxa planda daim işləyir, enerji və ram istifadə edir. Telefonu fabrik tənzimləmələrinə qaytarmaq isə telefonun performans artışına səbəb olur. Biz bu proqramları yazıb silərkən onların keş yaddaşları, lazımsız faylları tam silinmir. Bu da həmçinin daha sonra yaddaş həcmi problemi də yaradır. Mənim şəxsi məsləhətim belədir ki, telefonu format edərkən microSD 'i kartı da edin. Təbii ki, əvvəlcə faylları nüsxələyib, sonra davam edin. Kartın format olunması da cihaza müsbət təsir edir. Bundan başqa telefona həqiqətən sizə lazım olan proqramları yükləyin. Çünki arxa prosesdə nə qədər çox proqram işlək vəziyyətdə olsa, bir o qədər sürət azalır.
 
PROQRAM YENİLƏMƏLƏRİ (SOFTWARE UPDATE)
Sistem yeniləmələrinə daim nəzarət edin. Firmalar yeni əməliyyat sistemi yeniləməsi göndərməsələr belə, bir sıra sistem yeniləmələri göndərirlər. Bunlara texnoloji dildə "bug fix updates " deyilir. Yəni telefonda olan bir çox xətaları bu yeniləmələr düzəldir.
jelly-bean-logo
SİSTEM PROQMLARINI DAYANDIRIN (DİSABLE SYSTEM APPS)
Telefonun donmasının və sürətinin azalmasının ən böyük səbəbi RAM istifadəsidir. Belə ki, arxa planda işləyən proqramlar RAM 'da müəyyən yer tutur. Bunun qarşısını almaq üçün lazımsız və işlətmədiyiniz sistem proqramlarını dayandıra bilərsiniz. Google service xidmətini dayandırmaq məsləhət deyil. BU telefonda problemlər yarada bilər. Amma digər proqramları rahat dayandıra bilərsiniz. İşlətmirsinizsə, qalmağının mənası yoxdur.
galaxy_ram_usage
Bu xüsusiyyət Android versiyası 4.0 və üzəri telefonlarda mümkündür. Siz bu navigasiyadan istifadə edərək proqramları dayandıra bilərsiniz:
Settings->Apps/Application Manager hissəsinə daxil oluruq, daha sonra isə All(programs) hissəsini seçirik. Buradakı istəmədiyiniz proqramın üstünə basırıq və qarşımıza çıxan menyudan disable funksiyasını seçirik. Bütün sistem proqramlarını dayandırmayın. Bu sizin cihazınızda stabilliyi poza bilər. Sizə lazım olmayan və işlətmədiyiniz proqramları dayandırsanız kifayətdir.
 
GREENİFY
Bu proqram telefonda ola biləcək ən yaxşı proqramdır. Telefonun RAM istifadəsini optimallaşdırmaq istəyirsinizsə, onda bu proqram tam sizə görədir. Proqramın başlıca funksiyası odur ki, arxa planda açıq olan proqramları avtomatik bağlayır, daha dəqiq desək, yuxu rejiminə keçirir. Bu həm RAM istifadəsinə, həm enerji sərfiyyatının azalmasına böyük dərəcədə kömək edir. Proqramın ödənişli versiyası isə daha çox funksionaldır. Burada hətta proqramlar yuxu rejimində olsa belə bildirimlərin gəlməsini tənzimləyən funksiya da var.
greenify
LAGFİX
Bəzi istehsalçılar öz cihazlarında ucuz və keyfiyyərsiz NAND 'dan istifadə edirlər ki, xərcləri az olsun. Beləliklə, istehsalçılar telefonun performansının zəifləməsinə səbəb olur. Telefon nəzərdə tutulan kimi işləmir. Müxtəlif cihazlarda isə LagFix proqramı NAND üzərində boost əməliyyatı edərək, onun performansının yaxşılaşmasına səbəb olur. Bu proqramı buradan yükləyə bilərsiniz. Nəzərə alın ki, proqramın işləməsi üçün root icazəsi olmalıdır.
 
ROOT VƏ CUSTOM ROM YÜKLƏMƏK
Əgər yuxarıda göstərilənlər sizə kömək etmədisə, ən yaxşı variant telefonu root edib custom rom yazmaqdır. Custom ROM developerləri telefonun belə problemlərini bildikləri üçün kodlarda dəyişiklik edib cihazı optimallaşdırırlar. Yeni funksiyalar əlavə edib sürətləndirirlər. Original ROM 'lardan üstünlüyü çox olur, həmçinin bu sayədə telefonunuza gəlməyən yeni android versiyalarını qura bilərsiniz. Bu barədə daha çox məlumat almaq üçün bu məqaləmizi oxuya bilərsiniz.