main-post-cover

    Telefonunuzun şarjı az qalıb? Yaxında belə bir problem yaşamayacaqsınız.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın istənilən yerində hər bir insanın şikayətçi olduğu şeylərdən biri nədir desəm, istisna halların xaricində hərkəsin ağlına gələcək olan, istifadə etdikləri smartfonların batareyalarının tez tükənməsidir. Siz də eyni dərddən əziyyət çəkirsiniz? O zaman möhtəşəm bir xəbərimiz var! Yaxında belə bir sıxıntınız qalmayacaq. Çünki sadəcə 4 şəxsdən ibarət bir komanda, "Powershake” adını verdikləri cihaz üzərində işlər görürlər.

    Son vaxtlarda Powerbank adlandırılan daşınıla bilən şarj alətləri, heç kimin əlindən düşmür. Ancaq bu daşınıla bilən şarj alətlərinin də keyfiyyətləri mübahisəlidir. Onlar sizi yarı yolda qoya, öz şarjları tükənə bilər ancaq Powershake ilə belə bir dərdiniz yoxdur. Necə?
    Hazırda çox da gözəl bir görüntüsü olmayan bu cihaz, ağıllı saatlar və telefonların içinə və ya xaricinə yerləşdirilə bilir. Şarjınızın tükəndiyi bir zamanda bu cihazla şarj doldurmaq üçün eynilə sizin kimi smartfonunda eyni cihazdan olan bir nəfər tapırsınız. Sonrasında isə etməli olduğunuz tək şey bu iki cihazı bir birinə yaxınlaşdırmaqdır. Cihazlar, wireless üsulu ilə bir birlərinə qoşulurlar və elektrik axımı yaradaraq istədiyiniz mobil cihaza digərinin batareyası güc qaynağı olur. Beləliklə şarj etmə prosesi başlayır. Əlavə olaraq bu proses normal şarj etməyə görə çox daha sürətlidir. Yəni saatlarla iki telefon bir birinə yaxın olmaq məcburiyyətində deyil.
    Cihazın necə istifadə edilə biləcəyi barədə ağlınızda sual işarəti qalmaması üçün aşağıdakı təqdimat videosuna baxa bilərsiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər