main-post-cover

    Telegram-a maraqlı yeniliklər gəlib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Telegram yaradıcıları tətbiqdə fotoların redaktə olunması üçün yeni imkanlar təqdim ediblər.

    Belə ki, fotoların redaktə olunması üçün xüsusi maskalar təqdim olunub. MSQRD-dan fərqli olaraq Telegram-da bu maskalar hərəkətsiz fotolar üçün tətbiq olunur. Bununla yanaşı maskalar fotodakı şəxsin üzünü avtomatik olaraq təyin edərək üzün əlverişli yerində yerləşir. Redaktor funksiyasına fotonu yükləyəndən sonra istifadəçi istifadəsi mümkün maskaların siyahısı ilə tanış olacaq. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən tətbiqdə artıq bir sıra maska növləri mövcuddur. Lakin istifadəçilər istədikləri maskaları özləri də hazırlaya bilərlər.
    Daha bir yenilik isə animasiyalı GIF-ləri yaratmaq imkanıdır. Bunu etmək üçün Telegram-a video çəkərək mute düyməsinə klikləmək kifayətdir. Beləliklə həmin video animasiyalı GIF kimi paylaşılacaq. Yaradılmış animasiyalı GIF-lər, onlar üçün nəzərdə tutulmuş ayrı bir bölmədə yaddaşda qalacaqlar. Nəticədə istifadəçi hər hansı bir ismarıca öz reaksiyasını bildirmək üçün hazırladığı GIF-i tapmaqda çətinlik çəkməyəcək. Və nahəyət ki, indi istənilən çatdan aktiv olan məşhur stikerlər bölməsi də əlavə edilib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər