main-post-cover

    Telegram-da avtomobil nömrəsi vasitəsilə mobil telefon nömrəsini öyrənmək mümkündür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məlum olub ki, avtomobil nömrələrini və onların sahiblərinin mobil nömrələrini Telegram messengerində tapmaq mümkündür. Bu funksionallıq artıq messenger üçün adətə çevrilən bot çatlar formasında reallaşdırılıb. Verilən məlumata əsasən bu barədə "Flacon” zavodunun baş dizayneri Yan Yarmoşuk öz Facebook səhifəsində qeyd edib. Yan-ın sözlərinə əsasən 14 iyul tarixində səhər saatarında ona tanımadığı nömrədən zəng gəlib. Həmin zəngdə onun tanımadığı insan Yan-ın avtomobilinin yerini dəyişməsini tövsiyyə edib. Belə ki, əks halda onun avtomobili ağac tərəfindən əziləcəkdi. Zəng edən şəxs başa salıb ki, o Yan-ın nömrəsini Telegram-da olan AntiParkon bot çatı ilə avtomobilin nömrəsi vasitəsilə tapıb. O bildirib ki, bot çatın təqdim etdiyi məlumatlar çox yararlı olurlar. Lakin botun məlumatları hardan əldə etdiyi naməlum olaraq qalır. Sözügedən bot çatın məlumatında isə qeyd olunub ki, o kənar məlumatlar bazasından və əməliyyatın yerinə yetirilməsi üçün mobil telefonun nömrəsindən istifadə etmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər