
Telegram-ın qiymət dəyəri nə qədərdir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Telegram-ın təsisçisi Pavel Durov ilə görüş zamanı Google
şirkətinin baş meneceri Sundar Pichai Telegram-ın hal-hazırki qiymət dəyərini
bildirib. Onun fikrincə Telegram-ın hal-hazırda qiyməti 1 milyard dollardır. Hələ
2015-ci ilin may ayında baş tutmuş görüş zamanı hər iki şirkətin təmsilçiləri
Google-ın messenger-lər bazarındakı perspektivllərindən söhbət etmişdilər.
Pavel Durov əsas söhbətin nədən getdiyini qeyd etməsə də bildirmişdi ki,
Telegram ilə Google arasında əməkdaşlıqdan söhbət belə getməyib. Bir xeyli vaxt
bundan öncə hətda Telegram-ın təmsilçiləri qeyd etmişdilər ki, messengerin rəhbərləri
Telegram-ı kiməsə satmağı düşünmürlər. İstər bu Google və ya başqa şirkət
olsun. Messegerin yüksək səviyyəli təhlükəsizliyi bir çox hökumətlərin
etirazlarına səbəb olmuşdur. Onların fikrincə bir çox terror qruplaşmaları məhz
Telegram üzərindən əlaqə saxlayırlar. Bu ilin fevral ayında servisin aylıq kütləsi
100 milyona çatmışdır.
Linki kopyala
Həftənin xəbərləri

