main-post-cover

    Teleport\'a doğru daha vacib bir addım atılır - Oculus Rift

    07.05.2017
    Farid Pardashunas
    Bir qədər əvvəl facebook yaradıcısı Mark Zuckerberg facebook'da Oculus üçün pre-order'in artıq mümkün olduğunu qeyd edib və Oculus haqqında maraqlı məlumatlar verib.
     
    Oculusdan istifadə etdiyimiz zaman virtual olaraq macəralar dolu bir sahəyə teleport oluruq. Biz burada özümüzü dənizin yanında, yaxud gözəl bir təbiət qoynunda hiss edə bilərik. Həmçinin Oculus vasitəsilə 100dən çox virtual oyun oynamaq mümkün olacaq. Mark Zuckerberg qeyd edirik ki, bu il başqa xüsusiyyətlər də əlavə olunacaq. 
     

     
    Yuxarıda göstərdiyimiz kimi Oculus üçün artıq pre-order mümkündür və qiyməti $599 olacaq. Sifarişi reallaşdırmaq üçün shop.oculus.com saytına daxil olmaq lazımdır. Çatdırılması isə bu ilin martın sonundan etibarən 20dən çox ölkədə reallaşacaq.
     
     

    Oculus əgər deyilənlər kimi, dolğun olarsa, texnologiya sahəsində mühüm bir addım olacaq. Bu addım ilə virtual teleport mərhələsi başlaya bilər və gələcək onilliklərdə real teleport haqqında əsaslı addımlar atıla bilər.
     
     

    Linki kopyala