Telestream Wirecast nədir, nə işə yarayır?

Telestream Wirecast nədir, nə işə yarayır?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Gün keçdikdə insanların canlı yayımlara olan maraqları gün gündən artır. Xüsusilə də, mobil cihazlardan canlı yayımları izləyib son yeniliklərdən xəbərdar olmaq istəyənlərin sayı kifayət qədərdir. Məşhur kanallar və şirkətlər də məhz bunun vasitəsilə daha çox izləyici hədəfləyirlər. Təbii ki, yayımın keyfiyyəti də hər şeydən önəmlidir. Bunun üçün müxtəlif proqramlar var. Amma aralarında düzgün seçim etmək çətindir. Bu yazımda sizə canlı yayım etmək istəyən şəxslər üçün ən ideal proqramlardan biri haqqında məlumat verəcəm.

 
Wirecast hansı funksiyalara sahibdir? 
Telestream şirkətinin Wirecast adlı proqramı digər bütün proqramlardan fərqli olaraq çox funksional və unikaldır. Canlı yayım üçün proqram düşündükdə ağıla gələn ilk vacib məsələlər proqramın hansı cihazları, hansi İP\'ləri və necə dəstəkləməsidir. Əvvəla onu qeyd edim ki, Wirecast proqramı bir çox cihaz və seçimləri dəstəkləyir. Müxtəlif əməliyyat sistemlərində işləyə bilən proqramın dəstəklədiyi cihazlardan bəziləri belədir:
  • USB, Thunderbolt, SDHD, SDİ, HDMİ kameralar
  • iOS kamera
  • USB, XLR mikrofonlar
  • Audio mikserlər və s.
Proqramın dəstəklədiyi cihazlar bununla bitmir. Cihazların tam siyahısını bütün xarakteristikaları ilə buradan tanış ola bilərsiniz. Bundan başqa proqram bir çox Veb İP dəstəyinə sahibdir. Onlardan bəziləri bunlardır:
  • Screen capture with Desktop Presenter (local or remote)
  • RTMP (Pro)
  • Web streams (Pro)
  • IP cameras (Pro)
Bütün dəstəklənən servislərin siyahısına isə bütün xarakteristikaları ilə buradan baxa bilərsiniz.
Proqramın dəstəklədiyi formatlar və protokollar isə bu şəkildədir:

 
Wirecast proqramından istifadənin üstünükləri 
İndi isə proqramdan canlı yayımda istifadə zamanı nələr edə biləcəyinizdən danışaq. Canlı yayım zamanı funksionallıq daim əsas prinsip olur. Funksionallıq dedikdə isə insanlara görə dəyişən bir anlayış kimi də başa düşmək olar. Bəzən elə funksiyalar olur ki, ondan istifadə etmirik və olduğu yerdə daha faydalısının olmasını istəyirik. Bu baxımdan Wirecast proqramı çox uğurlu interfeysə və funksiyalara sahibdir.
 
 

Siz canlı yayım zamanı ekranı bir neçə pəncərəyə bölüb eyni anda bütün qonaqlarınızın görünməsini təşkil edə bilərsiniz. Canlı yayım zamanı bir sıra məlumat xarakterli təqdimatları göstərmək üçün ekranlar arası keçid edə bilərsiniz. Bundan başqa subtitrlər, titrlər sayəsində canlı yayımı daha eleqant görünüşə sahib olmasına şərait yarada bilərsiniz. Bir sıra görüntü effektləri ilə daha professional bir yayım təcrübəsini izləyinicilərə yaşada bilərsiniz. Bundan başqa canlı yayım zamanı şəkillərdən, videolardan, səs fayllarından, təkrarlardan, animasiyalı titrlərdən də istifadə etməklə yayıma rəng qata bilərsiniz.
 
 

Yayım məqsədinizdən asılı olaraq istədiyiniz bütün funksiyalara bir proqramda, sadə interfeysdə sahib ola bilərsiniz. Aşağıdakı şəkildə isə proqramın dəstəklədiyi formatları və protokolları görürsünüz. Şirkət proqramın qlobal olması üçün proqram üzərində daim işləyir. Proqramın bu xüsusiyyətləri barədə daha çox məlumat almaq istəyirsinizsə, buradan proqram haqqında oxuya bilərsiniz.

 

Onu da qeyd edək ki, proqram canlı yayım funksiyasına sahib bütün saytlarla işləyə bilir. Facebook şirkətinin son yeniləməsindən sonra proqram Facebook üzərindən də canlı yayımı dəstəkləməyə başladı. Proqram bir neçə paketdə istifadəçilərə təqdim olunur. 
 
Proqramı necə almaq olar və hansı paketlər mövcuddur? 
Wirecast Studio - Standart paket 495 dollardan təqdim olunur. Proqrama ümumi xarakterli bütün funksiyalar daxildir. Həm Mac, həm də Windows əməliyyat sistemlərində işləyən proqrama əlavə olaraq aşağıdakı funksiyaları da ala bilərsiniz.

Wirecast Pro - Tam funksional paket isə 995 dollardan təqdim olunur. Standart paketdən fərqli olaraq premium dəstəyə də sahib olan bu versiya böyük kütlələr üçün nəzərdə tutulan yayımlar üçün idealdır. Aşağıda proqram üçün təqdim olunan bir sıra əlavə funksiyalar da vardır.

Proqramı bir başa olaraq buraya daxil olaraq ala bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×