SXSW Expo tədbiri çərçivəsində Telltale Games studiyası Batman haqqında hazırladıqları epizodik oyun haqqında ilk məlumatları paylaşıb. Həmin məlumatlar ilə sizləri tanış edirik.
- Yeni oyun keçən ildən hazırlanma mərhələsindədir. Lakin studiya öz diqqətini oyunun süjet xətdində cəmlədiyi üçün hələki oyunu göstərməyə hazır deyil
- Oyunun ilk epizodu bu ilin yay fəslində satışa çıxacaq
- Batman Talltela Games üçün ideal superqəhrəmandır. Beləliklə studiya Batman maskasının altında gizlənən insanın ağlına girməyi bacarıb. Hər gecə Bruce Wayne Gotham şəhərini yaxşı tərəfə dəyişmək üçün çalışır. Oyunçuların oyunda Bruce-un rolunda seçəcəkləri qərarlar gecə vaxtı öz işini görən Batman-ə öz təsirini edəcək. Və yaxud əksinə Batman rolunda qəbul olunmuş qərarlar isə Bruce-un həyatında öz əksini tapacaq. Bundan əlavə olaraq oyuçular hətda ona qərar verə biləcəklər ki, oyunda əsas anları hansı personajın rolunda keçsinlər
- Telltale Games studiyası tərəfindən yaradılacaq oyun Batman dünyasına aid heç bir film, komiks və ya oyun ilə əlaqəli olmayacaq. Oyunun süjet xətdi Bruce ilə Batman üzərində qurulacaq. Buna baxmayaraq oyunçular oyunda Alfred və James Gordon kimi məşhur personajlara rast gələcəklər
- Bəzi personajların Bruce ilə daha dərin əlaqələri olacaq. Bruce və ya Batman rolunda qəbul ediləcək qərarlar onların korrupsiyaya qarşı mübarizələrinə təsir edəcək
- Yeni proekt yenilənmiş oyun mühərrikinin köməyi ilə hazırlanır. Beləliklə studiya hamıya tanış olan komiks dəbini saxlaya biləcək.
Şərh yoxdur