
Tesla avtopilotu ilk dəfə olaraq insan həyatını xilas edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Keçən ay biz xəbər vermişdik ki, Tesla istehsalı Model S avtomobilinin sürücüsü avtopilotun səhvi ucbatından həyatını itirmişdi. Technote.az-ın "Cnbc.com” saytına istinadən verdiyi xəbərə əsasən məlum olub ki, Tesla avtopilotu bir amerikalı şəxsin həyatını xilas edib.
Amerikalı hüquqşünas Joshua Neally öz qızının ad gününə Tesla
avtopilotu köməkliyi ilə gedirmiş. Elektron cihazın köməkliyi ilə bu cür səfərlərdə
Joshua həmişə təlimat üzrə avtomobili idarə edərək əlini sükanda
saxlamış və yola nəzarət edib. Gözlənilməz anda Joshua-nın sinəsində güclü ağrı
(bu tromb yaradan ağ ciyər emboliyası imiş) yaranıb. Bu anda sürücü iki
variantdan birini seçməli idi. Ya o avtomobili yolun kənarına çəkərək tibbi
yardım çağırmalı idi yada ki, avtopilot vasitəsilə 30 km uzaqlıqdaki xəstəxanaya
özünü çatdırmalı idi. Joshua ikinci variantı seçərək özünü tez müddətdə xəstəxanaya
çatdırıb. Xəstəxanada onunla yaranmış problemə müdaxilə olunaraq Joshua-nın həyatı ölümdən xilas edilib. Onun fikrincə o, avtopilotsuz o haldaykən avtomobili idarə
edə bilməzdi. Joshua Tesla şirkətinin avtopilotunun onu xilas etdiyini hesab
edir.
Linki kopyala
Həftənin xəbərləri

