main-post-cover

    Tesla Motors-un yeni enerji kabeli avtomobili tanıyır və insan müdaxiləsi olmadan avtomobilə qoşulur

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Dekabr ayında Elon Musk Tesla Motors-un avtomobillərin batareyasını doldurmaq üçün istifadə etdiyi cihazın tam yeni versiyasının hazırlandığını bildirmişdi. Və nəhayət bu yaxınlarda yeni versiyanın ilkin prototipinə aid video paylaşıldı. Aşağıdaki videodan görə biləcəyiniz cihazın adi tesla enerji kabelindən fərqi onun özünün avtomobilin ştepselini tapması və heç bir insan əli dəymədən qoşulmasıdır. Bu ilana bənzəyən cihaz həqiqətən maraqlı və fərqli görünür amma elektrik kabelini əllə avtomobilə taxmağın bundan daha az vaxt apardığını düşündükdə belə bir sual yaranır. Bu cihaza həqiqətən ehtiyyac varmı? Deyəsən yox. Amma bu cihaz artıq avtomobillərin insan köməyinə ehtiyyac olmadan əsas ehtiyyaclarını ödəyə bildiyini, elektikli sistemlərin uğurunu göstərir və eyni zamanda bizlərə gələcklə bağlı kiçik də olsa fikir yaratmağa kömək edir.
     

    Linki kopyala