
Tesla şirkəti pikap istehsal edəcək
Digər
07.05.2017
Farid Pardashunas
Tesla şirkəti pikap istehsal edəcək. Xeyr bu zarafat deyil.
Amerikan şirkətinin bu barədə həqiqətən də planları var. Hər-halda alman nəşriyyatı
olan Auto Bild-in jurnalistlərinin aldıqları məlumatlara inansaq Tesla şirkəti
Ford F-150 və Chevrolet Silverado modellərinə rəqib istehsal etməyi
planlaşdırır. Kuzovun bu növünün seçilməsinin isə çox sadə açıqlaması var. Məsələ
burasındadır ki, ABŞ bazarında pikaplar çox məşhurdurlar. Məsələn son illər ərzində
ABŞ-da ən çox satılan avtomobillər Ford F-Series, Chevrolet Silverado və RAM
modelləridir. Tesla isə öz satışlarını artırmaq üçün bu bazara daxil olmaq istəyir.
Təbii ki, Tesla-nın hazırlayacağı pikap standart pikaplardan fərqlənəcək.
Birincisi tam yeni dizayn ilə. İkincisi avtomobilin nəzərdə tutulduğu
auditoriya ilə. Yeni model həmişə olduğu kimi fermerlər üçün deyil, həkimlər, vəkillər
və s. üçün nəzərdə tutulacaq. Üçüncüsü isə hər bir Tesla avtomobili kimi yeni
pikap da elektriklə çalışacaq. Onun hazırlanmasında isə bir neçə müddət bundan
öncə təqdim olunmuş Tesla Model 3-üç platformasından istifadə olunacaq. Pikap
modelinin 2018-ci ildə təqdim olunması gözlənilir.

Linki kopyala
Həftənin xəbərləri

