Tesla şirkəti pikap istehsal edəcək

Tesla şirkəti pikap istehsal edəcək

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Tesla şirkəti pikap istehsal edəcək. Xeyr bu zarafat deyil. Amerikan şirkətinin bu barədə həqiqətən də planları var. Hər-halda alman nəşriyyatı olan Auto Bild-in jurnalistlərinin aldıqları məlumatlara inansaq Tesla şirkəti Ford F-150 və Chevrolet Silverado modellərinə rəqib istehsal etməyi planlaşdırır. Kuzovun bu növünün seçilməsinin isə çox sadə açıqlaması var. Məsələ burasındadır ki, ABŞ bazarında pikaplar çox məşhurdurlar. Məsələn son illər ərzində ABŞ-da ən çox satılan avtomobillər Ford F-Series, Chevrolet Silverado və RAM modelləridir. Tesla isə öz satışlarını artırmaq üçün bu bazara daxil olmaq istəyir. Təbii ki, Tesla-nın hazırlayacağı pikap standart pikaplardan fərqlənəcək. Birincisi tam yeni dizayn ilə. İkincisi avtomobilin nəzərdə tutulduğu auditoriya ilə. Yeni model həmişə olduğu kimi fermerlər üçün deyil, həkimlər, vəkillər və s. üçün nəzərdə tutulacaq. Üçüncüsü isə hər bir Tesla avtomobili kimi yeni pikap da elektriklə çalışacaq. Onun hazırlanmasında isə bir neçə müddət bundan öncə təqdim olunmuş Tesla Model 3-üç platformasından istifadə olunacaq. Pikap modelinin 2018-ci ildə təqdim olunması gözlənilir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×