
Texnologiya nəhəngləri Paris hadisələrinə "Fransız" qalmadı!
Texnologiya
07.05.2017
Farid Pardashunas
"Dərviş Parisi partladır". İllər əvvəl yazılmış bu əsər dünən sanki reallaşdı. Mahnılara, romanlara, filmlərə daim "eşq şəhəri" adını yazdırmış Paris dünən çökdü. Şəhərin 7 nöqtəsində baş verən partlayış nəticəsində 127 nəfər həyatını itirdi, 80i ağır olmaqla 180 nəfər insan yaralandı. Fransada 3 gün yas elan olunmaqla yanaşı G20 konfransını da ləğv edən Fransa prezidenti François Hollande bu terror aktına görə İŞİD'i günahlandırdı. Və səhər saatlarında İŞİD terror aktını öz üzərinə götürdü...
Bu xəritədən həmin partlayışların baş verdiyi əraziləri görə bilərsiniz...
Fransanın paytaxtı Parisdəki bu hadisələrə texnologiya dünyası da diqqətsiz qalmadı...
AMAZONDAN "BİRLİK" ÇAĞIRIŞI
İnternetin satış üzrə hegemonlarından olan Amazon əsas səhifəsinə Fransa bayrağı qoyaraq "Solidarite" yazdı.
![Texnologiya nəhəngləri Paris hadisələrinə "Fransız" qalmadı!]()



![Texnologiya nəhəngləri Paris hadisələrinə "Fransız" qalmadı!]()

GOOGLEDAN PULSUZ ZƏNG
Google Fransaya Hangouts vasitəsilə ediləcək zənglərdən ödəmə almayacağını açıqladı.

APPLE CEO'SUNDAN HÜZNLÜ MESAJ
Apple icraçı direktoru Tim Cook
Twitter üzərindən paylaşdığı mesajda ingiliscə "Dualarımız Parisdəki
hücumun qurbanları və onların sevdikləri ilədir" və fransızca "Hamımız
Parisliyik" dedi.

FACEBOOK'DAN TƏHLÜKƏSİZLİK YOXLAMASI
Facebook Parisdə yaşayanlar üçün
"Safety Check" bildirimini açdı. Sosial şəbəkə nəhəngi bu bildirişlə
"Təhlükəsizsinizmi?" sualını avtomatik soruşur. Bundan başqa profil
fotolarına arxa fonda müvəqqəti Fransa bayrağının şəkilini qoymağı
təklif edir.
MİCROSOFT CEOSU: "DƏRİN HÜZN İÇƏRİSİNDƏYİK!"
Microsoft CEO'su Satya Nadella da
Twitter üzərindən paylaşdığı mesajlarda keçən həftə Parisdə olduğunu,
Parisdən gələn xəbərlərə görə çox üzüldüyünü qeyd etdi.

"VİVA LE FRANCE!" (YAŞASIN FRANSA!)
Salesforce CEO'su Marc Benioff isə
"Parisdəki hər kəs üçün dua edirəm, belə böyük ölkə üçün çox pis hadisə
yaşandı. Yaşasın Fransa! Paris ilə birlikdəyik!" mesajlarını yayımladı.

Linki kopyala
Həftənin xəbərləri

