Texnologiya nəhəngləri Paris hadisələrinə "Fransız" qalmadı!

Texnologiya nəhəngləri Paris hadisələrinə "Fransız" qalmadı!

Texnologiya
08.05.2017 PAYLAŞIM

"Dərviş Parisi partladır". İllər əvvəl yazılmış bu əsər dünən sanki reallaşdı. Mahnılara, romanlara, filmlərə daim "eşq şəhəri" adını yazdırmış Paris dünən çökdü. Şəhərin 7 nöqtəsində baş verən partlayış nəticəsində 127 nəfər həyatını itirdi, 80i ağır olmaqla 180 nəfər insan yaralandı. Fransada 3 gün yas elan olunmaqla yanaşı G20 konfransını da ləğv edən Fransa prezidenti François Hollande bu terror aktına görə İŞİD\'i günahlandırdı. Və səhər saatlarında İŞİD terror aktını öz üzərinə götürdü...
Bu xəritədən həmin partlayışların baş verdiyi əraziləri görə bilərsiniz...
 

 
Fransanın paytaxtı Parisdəki bu hadisələrə texnologiya dünyası da diqqətsiz qalmadı...
 
 
AMAZONDAN "BİRLİK" ÇAĞIRIŞI
 
İnternetin satış üzrə hegemonlarından olan Amazon əsas səhifəsinə Fransa bayrağı qoyaraq "Solidarite" yazdı.
 
 
 
GOOGLEDAN PULSUZ ZƏNG
Google Fransaya Hangouts vasitəsilə ediləcək zənglərdən ödəmə almayacağını açıqladı.
                
APPLE CEO\'SUNDAN HÜZNLÜ MESAJ
Apple icraçı direktoru Tim Cook Twitter üzərindən paylaşdığı mesajda ingiliscə "Dualarımız Parisdəki hücumun qurbanları və onların sevdikləri ilədir" və fransızca "Hamımız Parisliyik" dedi.

FACEBOOK\'DAN TƏHLÜKƏSİZLİK YOXLAMASI
Facebook Parisdə yaşayanlar üçün "Safety Check" bildirimini açdı. Sosial şəbəkə nəhəngi bu bildirişlə "Təhlükəsizsinizmi?" sualını avtomatik soruşur. Bundan başqa profil fotolarına arxa fonda müvəqqəti Fransa bayrağının şəkilini qoymağı təklif edir.
 
 
MİCROSOFT CEOSU: "DƏRİN HÜZN İÇƏRİSİNDƏYİK!"
Microsoft CEO\'su Satya Nadella da Twitter üzərindən paylaşdığı mesajlarda keçən həftə Parisdə olduğunu, Parisdən gələn xəbərlərə görə çox üzüldüyünü qeyd etdi.

 
 
"VİVA LE FRANCE!" (YAŞASIN FRANSA!)
Salesforce CEO\'su Marc Benioff isə "Parisdəki hər kəs üçün dua edirəm, belə böyük ölkə üçün çox pis hadisə yaşandı. Yaşasın Fransa! Paris ilə birlikdəyik!" mesajlarını yayımladı.




DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×