main-post-cover

    Texnologiya Sektorunda Sürətlə Böyüyən 6 İş Sahəsi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günümüzdə artıq texnologiya, gündəlik həyatımızın mərkəzinə yerləşmiş bir haldadır. Bu vəziyyətin ən gözəl görülə biləcəyi yer iş sektorlarıdır. Artıq bir çox işdə texnologiyadan kömək alınarkən, birbaşa texnologiyanın inkişaf müddətinin prosesinin içində olan işlərdə ciddi bir yüksəliş və inkişaf içindədir.

    Bax bu mövzuda bir araşdırma aparan CareerCast adlı sayt, İnformasiya Texnologiyaları (İT) sektorundakı işlərin əsas götürüldüyü bir siyahı hazırlayaraq irəlidəki illərdə gedərək böyüyəcək iş sahələrini sıralayıb. İndi gəlin o işlərə bir göz ataq.

    Şəbəkə və Server Sistemləri Mütəxəssisi


     
    Server və kompüter şəbəkə sistemlərini nəzarətdə saxlayaraq idarə edən mütəxəssislər, bu il içərisində ortalama 77.810 dollar qazanıblar. Xüsusilə bulud sistemlərinin daha da ön plana çıxması, bu sənətin potensialını gedərək artırır (təbii ki ölkəmiz texnologiya sektorunda kifayət qədər inkişaf etmədiyi üçün sözü gedən pulun burada qazanılması biraz çətin işdir). Bu iş sahəsinin irəlidəki zamanlarda 8% böyüməsi gözlənilir.
     
     

    Məlumat (DATA) Analitiki


     
    Bu işdə işləyənlər il içərisində ortalama 128.240 dollar qazanıblar. Sektorda da sürətlə artan, inanılmaz bir məlumat hovuzu olduğu düşünüldüyündə bu işin hələ uzun illər inkişaf edəcəyini deyə bilərik. Gözlənilən böyümə 16%-dir.
     

    Proqramlaşdırma Mühəndisliyi (Developer)


     
    Böyük şirkətlərdən tutmuş xırda, özəl agentliklərə qədər developerlərin işləyə bildiyi iş sahələri olduqca genişdir. Bu da, bu sənət sahəsini seçənlərini əlini ciddi dərəcədə gücləndirir. Əlavə olaraq bir çox developer bir şirkətə bağlı işləməklə yanaşı digər şəxsi layihələrinidə hazırlaya bilirlər. Yəni istedadınızla və iş performansınızla düz mütənasib olaraq ciddi qazanclar əldə edə bilərsiniz. Gözlənilən böyümə 17%-dir.
     

    Məlumat təhlükəsizliyi mütəxəssisi


     
    Texnologiyanın daha da dərinliyinə endikcə kompüterlərimizdən planşetlərimizə, telefonlarımıza, istifadə etdiyimiz cihazların haqqımızda topladıqları məlumatlar, ya da xüsusi sənədlər getdikcə daha vacib hala gəlir. Bütün bu məlumatların qorunması barədə bizə kömək edən mütəxəssislər, tam da bu sənət sahəsi ilə məşğul olurlar. Gözlənilən böyümə 18%-dir.
     

    Kompüter Sistemləri Mütəxəssisi

     
     
    Bu iş sahəsini qısaca açıqlamaq lazımdırsa, insanlar kompüter istifadə etməyə və proqramlar hazırlamağa davam etdikcə, kimlərinsə işləri səhv getdiyində problemləri həll etməsi lazım olur. Elə bu zaman da Kompüter Sistemləri Mütəxəssisi bu işə müdaxilə edirlər. Gözlənilən böyümə 21%-dir.
     

    Web Dizayner

     
     
    Web dizayner, teknologiya sektorunda ən çox qazanan işçisi deyil. Ancaq onları digər bütün işlərdən ayıran və zirvəyə daşıyan bir şey mövcuddur; tələb. Web dizaynerlərə qarşı tələb və sektorda saylarının digər sənət sahələrinə görə az olması, bu sənət sahəsini olduqca dəyərli edir. Gözlənilən artım isə təxminən 27 %-dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər