Təyyarə illüminatorlarını sensorlu ekranlara çevirdilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib.
Acti-Vision
Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran (maye
kristallik) laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin
ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın
parlaqlıq səviyyəsini də dəyişmək olar. Bu zaman ekrandakı görüntü pəncərədən
baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə
hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı
izləmək daha rahat olacaq. Tam aydın deyil ki, texnoloji illüminatorlarla təyyarənin
mərkəzində oturmuş sərnişinlər necə qarşılıqlı əlaqədə olacaqlar. Həmin
illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini
narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə
qaraltmaq olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ