

iPad Pro artıq kompüterlerin yerini almağı hədəfləyir.
Artıq Apple, IPad Pro cihazının yeni reklam çarxını sevenleri ilə paylaşıb. Açıqlamalarda artıq çoxsaylı funksiyaları özündə birləşdirən iPad Pro, kompüterləri əvəz edəcək funksiyaları daşıyacağını bildiriblər. Cihazın 9.7 inç ölçüdə olması və PC-nin daşıdığı bütün funksiyaları daşıya bilmə özəlliyi diqqətə çatdırılıb.
Hal-hazırda istifadəçilərin internet üzərindən axtarışları, oyunlar və PC-nin daşıdığı digər xüsusiyyətləri iPad Pro-nun özündə birləşdirməsi müsbət rəylərə səbəb olub.
Bundan əlavə iPad Pro 2.26 GHz sürətlə çalışan iki nüvəli və 4GB RAM yaddaşa sahibdir. Bundan əlavə görüntünün 2048 x 2732 piksel keyfiyyətli İPS panelə sahib olması yüksək görüntüdən xəbər verir. Həmçinin bu model digər iPad modellərindən fərqli olaraq stilus kimi əlavə texnoloji vasitələrlərlə də istifadə oluna biləcək. Həmçinin Apple Pencil-in ayrıca satışı da nəzərdə tutulur.
Şərh yoxdur