

Bir neçə gün ərzində internetdə olan şaiyələr təsdiqləndi. Belə ki, Bethesda öz press-konfransında The Elder Scrolls V: Skyrim oyununun remaster versiyasını anons etdi. Yeni versiya PC, PS4 və Xbox One üçün satışa çıxacaq. Oyunun remaster versiyası bütün DLC-ləri, modları və keyfiyyətli qrafikanı özündə birləşdirəcək. Bundan əlavə olaraq remaster versiya daha əvvəl original oyunu və onun bütün DLC-lərini PC üçün almış oyunçulara pulsuz veriləcək. The Elder Scrolls V: Skyrim Special Edition 28 Oktyabr 2016-cı il tarixində satışa çıxacaq.
Sony The Last Guardian-ı təqdim etdi
Şərh yoxdur