main-post-cover

    The Game Awards 2015

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    İlin ən yaxşı oyunlarını mükafatlandırmaq üçün Geoff Keighley tərəfindən keçiriləcək The Game Awards 2015 tədbiri 3 dekabr tarixində baş tutacaq. Jurnalistlər bu mükafatı oyun sektorunda təqdim olunan Oscar-a bənzədirlər. 3 dekabr tarixində keçiriləcək tədbir Los-Angeles şəhərindəki Microsoft Theatre-da minlərlə insanı bir yerə toplayacaq. Tədbir bütün dünyaya canlı şəkildə yayımlanacaq. Bu il iştirakçılar ilə birlikdə həmdə tədbirdə iştirak edəcək qonaqların sayının da artacağı gözlənilir. Keçən ilki tədbirdə 3.500-ə yaxın insan iştirak etmişdir.Bu il bu rəqəmin 4.000 olacağı gözlənilir. Əgər əvvəllər tədbirin sponsorları böyük oyun şirkətləri idisə bu il Geoff Keighley böyük media şirkətlərinin də diqqətini cəlb edib. Artıq məlum olub ki, ABŞ-ın ən böyük mobil operatoru olan Verizon tədbirin sponsorlarından biri olacaq. 


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər