main-post-cover

    The Martian filmindən yeni trailer

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Rejissoru Ridley Scott olan "The Martian" filmi astronavt Mark Watney-dən bəhs edəcək. Astronavtlardan ibarət olan bir qrup Mars planetində müşahidələr aparan zaman qum qasırğasına düşürlər. Mark Watney-in qum qasırğası zamanı həlak olduğunu düşünən astronavtlar planeti tərk edirlər. Qasırğadan sonra özünə gələn Mark yoldaşlarının planetdə olmadığını görür. O digər kosmik gəminin gəlməsinə kimi Marsda 4 il ərzində sağ qalmalıdır. Qeyd edək ki, film amerikalı yazıçı Andy Weird-in eyniadlı romanı əsasında çəkilib. Filmdə baş rolları Matt Damon, Jessica Chastain, Sean Bean, Jeff Daniels, Kristen Wiig, Kate Mara, Sebastian Stan, Chiwetel Ejiofor və digərləri canlandırıblar. "The Martian" filminin premyerası bu ilin sentyabr ayının sonunda baş tutacaq.

    Linki kopyala