The Matrix filminin çəkjiləcək yeni versiyası haqqında ilk məlumatlar

08.05.2017 0 PAYLAŞIM 5488 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Warner Bros.” studiyasının, fantastik film seriyası "The Matrix”in yeni versiyasını çəkmək planından artıq xəbəriniz var.

Deməli, ilkin məlumata əsasən çəkilməsi planlaşdırılan yeni film, əvvəlki seriyalarda olmuş Morpheus personajı haqqında olacaq. Məhz buna görə studiya, sözügedən yeni filmə aktyor Michael B. Jordan-ı cəlb etməyə çalışır. Belə ki, əgər o bu təklifi qəbul etsə, deməli yeni filmdə aktyor, Morpheus personajının gəncliyini canlandıracaq. Beləliklə yeni film, məşhur "The Matrixfilm seriyasının prikveli olacaq. Yəni, hadisələr bizə artıq məlum olan film seriyasındakı hadisələrdən əvvəl cərəyan edəcək. Məlumata əsasən "Warner Bros.” artıq ssenaristlərdən ibarət xüsusi komanda yaradıb. Bundan isə belə nəticəyə gəlmək olar ki, böyük ehtimalla yeni film yalnız bir hissədən deyil, bir neçə hissədən ibarət olacaq. Qeyd etmək lazımdır ki, məşhuhr film seriyasının ilk hissəsi, 1999-cu ildə izləyicilərə təqdim olunmuşdu. 63 milyon dollarlıq büdcə ilə film 460 milyon dollar gəlir qazanmışdı.