main-post-cover

    "The Next Web 2016"da keçirilən Hackathon-un qalibi azərbaycanlı gənc oldu.

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
     
    May ayının 25-27-si tarixlərində Amsterdam şəhərində 20 000-dən çox insanın iştirak etdiyi dünyanın ən böyük IT konfranslarından biri olan The Next Web 2016 konfransı keçirilirdi. Həmin konfransın daxilində isə proqramçılar arasında IoT(Internet of Things) mövzusuna həsr olunmuş Hack Battle adlı beynəlxalq hackathon keçirildi. Yarışmada iştirak edən həmyerlimiz Natiq Babayev də Hack Battle-da uğurla iştirak edərək 36 saat içərisində hazırladığı proqram təminatı Without Internet Technology (www.nicapp.me) adlı proqram təminatı ilə Uber və CM Telecom tərəfindən 1-ci yerə layiq görüldü. Hazırlanan proqrama gəlincə isə proqram təminatı sizə mobil cihazınızda internetə çıxışınız olmadıqda belə internet xidmətlərindən istifadə etməyə imkan yaradır. Məsələn, internetiniz yoxdur və sizə Uber-dən sürücü sifariş etmək lazımdır. Bunun üçün mobil cihazınızda NIC proqramını açıb offline şəkildə Uber-dən sürücü sifariş edə bilərsiniz. Qeyd edim ki, proqram təminatı arxa planda SMS texnologiyasından istifadə edir və buna görə də hətta 2G şəbəkədə belə siz problemsiz şəkildə Uber sifariş edə, Twitter və Facebook-da hər hansı bir mətn paylaşa, yemək sifariş edə bilərsiniz.
    Aşağıdakı videoda internet olmadan twitterdə mətn paylaşımı nümunəsini görə bilərsiniz:
     
    Beta test mərhələsinə qeydiyyat üçün: http://www.nicapp.me




     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər