main-post-cover

    "The Revenant" filminin çəkilişlərində çətinliklər yaşanıb.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Kanadada havaların kəskin istiləşməsi ilə əlaqədar olaraq Alejandro Gonzalez İnarritu "The Revenant" filminin final səhnələrini çəkməyə imkan tapa bilməyib. Bu haqda rejissor Grant Land nəşriyyatına müsahibəsində bildirib. 
    "Qar sözün əsl mənasında gözlərimizin qabağında əriməyə başladı. Biz öz gözlərimiz ilə qlobal istiləşmənin nəticələrini gördük. Bizə isə final səhnələr üçün qarlı ərazilər lazım idi. Lakin qarın əriməyi ilə əlaqədar olaraq işləri hələlik sona çatdırmalı olduq" - deyə rejissor bildirib. Alejandronun sözlərinə görə yaxın vaxt ərzində çəkiliş qrupu işləri sona çatdırmaq üçün Argentinanın Cənub qütbünə yaxın olan cənubi ərazilərinə yollanacaqlar. Rejissor premyera tarixinin yaxın olduğunun onu narahat etmədiyini bildirib. Qeyd edək ki, real hadisələr əsasında çəkilən filmdə baş rolları Leonardo DiCaprio, Tom Hardy, Domhnell Gleeson, Will Poulter, Poul Anderson və digərləri canlandırıblar. Film operator Emmanuel Lubezki tərəfindən təbii işıqlandırmanın köməyi ilə çəkilir. "The Revenant" filminin premyerası bu ilin dekabr ayında baş tutacaq.
    Linki kopyala