CD Project Red studiyası The Witcher 3: Wild Hunt oyununun satışlarının 4 milyon tiraja çatdığını bildirib. Bu cür nəticə ilə əlaqədar olaraq studiya oyunun istehsalına və marketinqinə xərclənən vəsait haqqında məlumat verib. Məlumata görə oyunun hazırlanması 32 milyon dollar, marketinq xərcləri isə 35 milyon dollar təşkil edib. Ümumilikdə oyun studiyaya 67 milyon dollara başa gəlib.
"Oyunun satışa çıxdığı gün biz artıq oyuna xərclənmiş 3 illik vəsaitin bəhrəsini gördük" - deyə studiyanın baş meneceri Adam Kicinski bildirib. The Witcher 3: Wild Hunt-ın satışlarının yaxşı olması təəccüblü deyil. Oyun həm adi oyunçular həmdə ki, mətbuat tərəfindən çox yaxşı qarşılandı. Metacritic saytında oyunun ortalama xalı 90-dır. Yaxşı satışlar haqqında məlumat veriləndən sonra CD Project Red-in səhmlərinin qiyməti 14% qalxıb.
Şərh yoxdur