"Thor: Ragnarok" filminin ilk traileri. Hulk ilə qladiator döyüşlərinə start verilir
Digər
07.05.2017
Orkhan Karimov
Asgard-a qayıdaraq Sonsuzluq daşlarına ov elan etmiş gizli
düşməni axtaran müddətdə Thor-a məlum olur ki, Asgard-da hakimiyyəti ələ keçirtmiş
Loki-nin əməlləri daha dəhşətli hadisəyə gətirib çıxardır. Söhbət Ragnarok-dan
gedir. Əfsanəyə əsasən Ragnarok, Asgard-ın son döyüşüdür və bu döyüş nəticəsində
o tamamilə məhv olmalıdır. Bu dəhşətli hadisəni aradan qaldırmaq üçün Thor öz
dostu Hulk-a müraciət edir. Birlikdə onlar 9 dünyanın ən təhlükəli şəxsi
Hela-ya qarşı mübarizə aparmalı olacaqlar. Rejissoru Taika Waititi-nin olduğu filmdə baş
rolları Chris Hamsworth, Tom
Hiddleston, Cate Blanchett, Idris Elba, Mark Ruffalo, Anthony Hopkins və
digərləri canlandırıblar. "Thor:
Ragnarok” filminin premyerası bu ilin Noyabr ayında baş tutacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!