main-post-cover

    "Thor: Ragnarok" filminin ilk traileri. Hulk ilə qladiator döyüşlərinə start verilir

    Digər
    07.05.2017
    Orkhan Karimov
    Asgard-a qayıdaraq Sonsuzluq daşlarına ov elan etmiş gizli düşməni axtaran müddətdə Thor-a məlum olur ki, Asgard-da hakimiyyəti ələ keçirtmiş Loki-nin əməlləri daha dəhşətli hadisəyə gətirib çıxardır. Söhbət Ragnarok-dan gedir. Əfsanəyə əsasən Ragnarok, Asgard-ın son döyüşüdür və bu döyüş nəticəsində o tamamilə məhv olmalıdır. Bu dəhşətli hadisəni aradan qaldırmaq üçün Thor öz dostu Hulk-a müraciət edir. Birlikdə onlar 9 dünyanın ən təhlükəli şəxsi Hela-ya qarşı mübarizə aparmalı olacaqlar. Rejissoru Taika Waititi-nin olduğu filmdə baş rolları Chris Hamsworth, Tom Hiddleston, Cate Blanchett, Idris Elba, Mark Ruffalo, Anthony Hopkins və digərləri canlandırıblar. "Thor: Ragnarok” filminin premyerası bu ilin Noyabr ayında baş tutacaq.
    Linki kopyala