main-post-cover

    Tibb sahəsində ən böyük potensiala sahib 5 süni zəka startapı

    Digər
    07.05.2017
    Farid Pardashunas
     "Nvidia” şirkəti, Nividia Inception proqramı çərçivəsində süni zəka ilə məşğul ən yaxşı startapları seçir. Ən böyük potensiala sahib və cəmiyyətə müsbət dəyişikliklər verə biləcək 5 tibbi startapı sizlərə təqdim edirik.
    Genetesis:
    Sinə nahiyəsində olan ağrılara görə il ərzində ABŞ xəstəxanalarına 10 milyon insan müraciət edir. Bu ağrının ürək xəstəlikləri ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün isə hər il 6.6 milyard dollar vəsait xərclənir. Bütün müayinə prosesi bir neçə saat vaxt alır. Nəticədə bu ağrılardan şikayət edən insanların 5%-i ürək çatışmamazlığı diaqnozu almadan evlərinə qayıdır, 2%-i isə evlərində vəfat edir. Genetesis adlı startap, süni zəka alqoritmindən və ötürücülərdən istifadə edərək sinə nahiyəsində olan ağrıların səbəbini dəqiq şəkildə aşkar edir. Sözügedən startap, vizualizasiyanın biomaqnit sistemi əsasında test hazırlayıb. Həmin test, döş qəfəsindən yayılan zəif maqnit sahələrinə nəzarət edir. Müayinə çərçivəsində ürəyin 3D xəritəsi yaradılır. Nəticədə həkim ürək tutmasının baş verib-vermədiyini müəyyən edə bilir. Bütün müayinə prosesi isə 90 saniyə vaxt aparır. Genetesis artıq Mayo adlı xəstəxana ilə əməkdaşlıq edir.
    Lunit:
    Adətən ağciyər və süd vəzisi xərçəngi hallarının 20%-i müayinə zamanı aşkar edilmir. Lunit adlı startap isə süni zəka və 3D vizualizasiyadan istifadə edərək xüsusi proqram təminatı yaradır. Həmin proqram təminatı, nəfəs alma yollarının xərçəngi kimi çətin aşkar edilən xəstəliklərin tapılmasında yardımçı olacaq. Proqram təminatının istifadəsi zamanı xərçəngin aşkar edilməsi halı 83-86% təşkil edir. Zaman ilə bu texnologiya təkmilləşdiriləcək və nəticənin faizi artacaq.
    Insilico Medicine:
    Yeni dərman preparatlarının hazırlanması, müasir tibbin əsas sahələrindən biridir. Tədqiqat laboratoriyasında bir dərmanın hazırlanması 2.6 milyard dollara başa gəlir. Ümumi prosesə isə 150 milyard dollar vəsait xərclənir. Məhz buna görə 2014-cü ildə yalnız 46 yeni dərman preparatı hazırlanmışdır. Insilico Medicine, yeni dərman preparatlarının hazırlanmasında və qocalma mexanizminin tədqiqatında yardımçı olacaq süni zəka yaradır. Bu startap, hər-bir insanın həyat keyfiyyətinin yaxşılaşdırılmasını istəyir. Startap ilk öncə hansısa potensial dərman preparatını yoxlayır və əgər o həqiqətən də effektiv nəticə göstərirsə, onda o, görülmüş işə qarşılıq ödəməni qəbul edir.
    SigTuple:
    Dünyada hər 1000 xəstəyə bir həkim düşür. Hindistandan olan SigTuple adlı startap, hansısa xəstəliyin dəqiq və sürətli aşkar edilməsini təmin etmək üçün süni zəkadan istifadə edir. Süni zəka, vizual tibbi məlumatları analiz edərək qan, sidik və sperm nümunələrinin uzaqdan müayinəsini təmin edir. Təcrübələr göstərdi ki, süni zəka tərəfindən edilmiş analiz müşahidələrinin düzgünlüyü, heçdə laboratoriya şəraitində aparılmış müşahidələrdən geri qalmır. Hindistanda analizlərin qiyməti 4-10$ təşkil edir. SigTuple-da isə analizlər 40-80 ct-ə (sent) başa gəlir. Hal-hazırda bu texnologiya beta-test mərhələsindədir.
    Bay Labs:
    Bu startap süni zəkadan istifadə edərək ürək xəstəliklərinin aşkar edilməsində həkimlərə yardımçı olur. Bay Labs tərəfindən yaradılmış sistem, ürəyin ultrasəs diaqnostikası məlumatlarını analiz edir. Bu cür üsul, ənənəvi müayinədən 20 dəfə daha sürətli çalışır. Bay Labs həmçinin tibb sahəsində ən potensial süni zəka şirkətləri siyahısına daxildir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər