main-post-cover

    Tim Kuk "Microsoft"-un tənqidinə cavab verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son zamanlarda innovasiya yoxluğu və bazarda olan hal-hazırki məhsulların yenilənməsində tələsməmək səbəbləri ilə "Apple” şirkəti tənqidlərlə üzləşir.

    Bir neçə gün bundan öncə "Microsoft” alıcılara köhnəlmiş məhsulların baha qiymətə satılması barəsində "Apple”-ı tənqid etmişdi.. Technote.az-ın "Macdigger.com” saytına istinadən verdiyi xəbərə əsasən "Fastcompany”-ə müsahibəsində Tim Kuk (Tim Cook) bu tənqidə özünəməxsus sakitçiliklə cavab verib. "Mən "Apple uğursuzluğa məhkumdur” kimi fikirlər eşidəndə heç də narahat olmuram. Sadəcə olaraq mən bəzi şeylərə daha fərqli nöqteyi nəzərdən baxıram və həqiqəti bilirəm. Biz heç vaxt özümüzü mükəmməl şirkət hesab etməmişik. Biz həmin mükəmməlliyi axtarmağa səy göstəririk. Lakin biz həmişə öz səhvlərimizi qəbul etməyə cəsarət tapırıq. Cəsarət isə hər bir şirkətin əsas xüsusiyyətidir” – deyə Tim Kuk bildirib.
    Tim Kuk innovasiyanın hər bir IT şirkəti üçün əsas xüsusiyyət oldğunu düşünür. Bir neçə il bundan qabaq "Microsoft” tərəfindən "Nokia”-nın alınmasına öz fikrini bildirən Tim Kuk qeyd etmişdi ki, "Nokia” innovasiyaların yoxluğu səbəbindən ölmüşdür. "Hamı Apple-ın strategiyasından istifadə etməyə çalışır. Biz öz strategiyamıza xarici qiymətləndirmə gözləmirik. Lakin mən düşünürəm ki, bazarda bizim strategiyamızın bir çox kopyalanmış növü var. Fikrimcə Nokia bütün sektora bir işarə oldu. Siz innovasiyalarla məşqul olmağa davam etməlisiniz. İnnovasiyanın yoxluğu ğlüm deməkdir” – deyə Tim Kuk əlavəsini edib. Şirkətin internet servisləri üzrə vitse-prezidenti Eddi Kyu (Eddy Cue) "Nəyə görə Stiv Cobs-un (Steve Jobs) vaxtında şirkət hər il innovasiyalı məhsullar təqdim etdiyi halda indiki zamanda bu baş vermir?” sualına cavab verərək "Apple” şirkətinin ünvanına olan tənqidlərə biganə qalmayıb. "Hesab edilir ki, Stiv Cobs-un vaxtında biz hər il innovasiyalı məhsullar təqdim edirdik. Lakin bir çoxları unudur ki, həmin innovasiyalı məhsulların hazırlanmasına illərlə vaxt sərf olunub. İnnovasiyalara gəldikdə isə bizə görə onlar ən xırda detallarda belə mövcuddur. Təsəvvür edin ki, siz evdəsiniz və elektron poçtunuzu yoxlayırsınız. Bir müddətdən sonra xəritə tətbiqi sizə 15 dəqiqə ərzində evdən çıxmayacağınız təqdirdə işə gecikəcəyinizi bildirir. Bu çox rahatdır” – deyə Eddi Kyu bildirib.
    Eddi Kyu-nun sözlərinə görə "Apple” yerində durmağa öyrəşməyib.”Əgər siz bu biznesdə fəaliyyət göstərirsinizsə onda bir əsas faktı bilmək lazımdır. Siz sizin sonuncu məhsulunuzun nə dərəcədə yaxşı olduğu qədər yaxşısınız. Heç kim ilk iPod-u istəmir. iPhone 3GS heç kimə lazım deyil” – deyə Eddi Kyu öz əlavəsini edib. "Apple” qeyd edib ki, səhiyyə sahəsinə və bu sahədə aparılan araşdırmala çox böyük diqqət ayırır. Strategiya istifadəçinin ola biləcəyi istənilən vəziyyətdə belə ona kömək etməkdən ibarətdir. Biznes nöqteyi cəhətdən "Apple” tamamilə haqlıdır. Belə ki, səhiyyə sahəsini pul göstəricisinə çevirsək, bu 90 trilyon dollar edər. Bunun 1%-i belə 90 milyard dollar deməkdir. Bu göstərici isə hətda "Apple” şirkəti üçün belə nüfuzludur.
    Linki kopyala