Elm ictimaiyyəti və bir çoxlarımız tərəfindən maraqla təqib edilən Titan Saturnun 62 təbii peykindən biridir.Təsəvvür etmək insana həyəcan verir.Çünki Yer kürəsinin bir təbii peyki var ki,o da Aydır.Saturndan səmaya baxmaq çox maraqlı olardı.Bütün bunlar bir yana,Titan bu 62 peykdən fərqlənir.Hətda bəzən bizim evimiz olan Yer kürəsinə bənzəməyə çalışır.Məsələn,bizim atmosferimizdən dəfələrlə sıx atmosferə malikdir.Lakin,Titanın atmosferinin 98 faizini azot təşkil edir.Titanın səthində iri göllər var.Amma o göllərdə su deyil,maye halda metan var.Titan haqqında daha geniş şəkildə https://az.wikipedia.org/wiki/Titan_(peyk) oxuya bilərsiz.
Yer kürəsinin cavanlığını xatırladan bu peykdən gələn son xəbərlər yenə maraq oyadıb.Belə ki,NASA-nın göndərdiyi Cassini kosmik gəmisi tərəfindən göndərilən şəkildə nəhəng bir "buz buludu" görünür.Bu bulud orada qışın əvvəlkindən daha uzun və daha soyuq keçəcəyini göstərir.Alimlər bu
buludun peyki -150°C-yə qədər soyudacağını deyirlər.
.

Titanın qış mövsümü adətən 7,5 il davam edirdi.Amma bu bulud qışı daha da uzadacaq.Bu faktı bilərək,NASA Cassininin 2017-ci ildə missiyasını bitirdikdə də orada qış mövsümünün davam edəcəyini bildirib.
Şərh yoxdur