Titanfall 2-nin ssenaristi Jesse Stern (Call of Duty: Modern Warfare, Call of Duty: Modern Warfare 2, Battlefield 4) Forbes portalına müsahibə verən zaman yeni oyun haqqında ilk məlumatları da təqdim edib. Titanfall 2 2014-cü ildən istehsal olunur. Yeni oyun oyunçulara maraqlı və dinamik multiplayer rejimdən əlavə olaraq singleplayer rejim də təqdim edəcək. Vince Zampella Respawn Entertainment studiyasını təsis edəndə və Titanfall üzərində çalışanda oyuna singleplayer rejim əlavə etmək üçün lazımi resurslar yox idi. İndi isə Electronic Arts şirkəti oyunun hazırlanmasına yüksək vəsaitlər xərcləyir. Stern onuda qeyd edib ki, Lionsgate studiyası Titanfall əsasında televiziya serialı üzərində çalışır.
- Titanfall 2 bütün platformalar üçün satışa çıxacaq. Yəni oyun Xbox eksklüzivi olmayacaq.
- Electronic Arts oyunu 31 Mart 2017-ci il tarixinə kimi satışa çıxardacaq.
- Yeni oyun üçün əsas mövzu kimi insanlığın kosmosu öyrənməsi seçilib (irimiqyaslı müstəmləkə müharibəsi). Bundan əlavə olaraq studiya yalnız görünüş baxımından elmi-fantastik hekayə hazırlamaq istəmir. Oyunçulara daha dinamik, maraqlı və insanlar arasında münasibət mövzusunu əhatə edəcək hekayənin bəxş ediləcəyi gözlənilir.
- Respawn Entertainment studiyasının ssenaristləri Jesse Stern-in başçılığı ilə maraqlı ssenari hazırlayıblar. Ssenariyə əsasən insanlar Yer kürəsini tərk edərək yaxınlıqda yerləşən və həyatın var olduğu yeni planetə köç edərək orda yaşamağa çalışacaqlar. Ssenaristər planetə yollanacaq kosmik gəmiləri, planetdəki qazıntı işlərini, ərazilərin insanlar tərəfindən özləri üçün uyğunlaşdırma proseslərini yaratmaq və daha sonra bütün bunlardan müharibə şəraitində necə istifadə olunması proseslərini yaratmaq üçün böyük bir iş görüblər.
- Bu cür hekayənin hazırlanmasında ssenaristləri real hadisələr ilhamlandırıb. Məsələn Amerika inqilabı (1775-1783), ABŞ-da baş vermiş vətəndaş müharibəsi (1861-1865) və s. İndi isə bunlara bənzər hadisələr kosmosa köçürülür.
Şərh yoxdur