main-post-cover

    Tokio 2020-də bu tipli medalların dişlənməsi "cəsarət" tələb edə bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rio-de-Janeyroda 2016-cı il Yay Olimpiya Oyunları başa çatdı. 4 ildən sonra, yəni 2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək.


    Bildiyiniz kimi bu oyunlarda qalib gələn hər bir idmançı bürünc, gümüş və ya qızıl medallar qazanır. Maraqlı qərar isə ondan ibarətdir ki, 2020-ci ildə keçiriləcək oyunlarda olacaq medallar istifadə olunmayan smartfon və digər elektrik cihazlardan hazırlanacaq. Sadalanan medalların tərkibində olan metallar müxtəlif növ elektron cihazların tərkibində mövcuddur. "Technote.az”ın "Nikkei.com” saytına istinadən verdiyi xəbərə əsasən Yaponiya hər il elektron cihaz tullantılarının emalından böyük miqdarda qiymətli resurslar əldə edir.
    Məlumdur ki, 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarına nəzərdə tutulmuş 2100 medalı əldə etmıək üçün 9.6 kq qızıl, 1210 kq gümüş və 700 kq mis lazım olmuşdur. Lakin Yaponiya üçün əlavə olunmuş yeni idman növlərini nəzərə alsaq belə, bu göstəricilər ölkə üçün heçnədir. Məsələn 2014-cü ildə Yaponiya köhnəlmiş texnikanın emalından 143 kq qızıl, 1566 kq gümüş və 1112 t (ton) mis əldə etmişdir. Emaldan sonra əldə edilmiş qiymətli metalların bir çox hissəsi yeni chazların istehsalında istifadə olunur. Qeyd edək ki, köhnəlmiş cihazların emalı ilə hətta "Apple” şirkəti də məşquldur. Şirkət keçən il köhnə iPhone və Mac-ların emalından 1 t qızıl əldə etmişdir.
     
    Linki kopyala