Tokio Avtomobil Sərgisindən 6 ən qəribə konsept

Tokio Avtomobil Sərgisindən 6 ən qəribə konsept

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Tokyo Avtomobil Sərgisi hər nə qədər Mazda RX-Vision konseptinin işıq üzü görməsi ilə gündəmə gəlsə də sərgidə maraqlı digər konseptlər də təqdim olundu. Amma bunlardan bəziləri biraz qəribə görünür. Nə qədər qəribə? Buna özünüz qərar verin.

Bu gördüyünüz konseptdə Toyota elektronika ilə saf avtomobil ruhunun birləşməsini göstərir... Bizcə saf avtomobil ruhunu Ferrari davam etdirsə daha yaxşı olar. 

FCV Plus Toyota-nın hidrogenlə çalışan avtomobil seriyasının ən son nümunəsidir. Əlbəttə neft bir gün bitəcək və insanların alternativ enerji mənbələrinə ehtiyyacları yaranacaq. Hamımız bunu başa düşürük. Amma başa düşmədiyimiz bir şey var: "Nəyə görə bu avtomobillər çirkin olmalıdır?"
 

Bu gördüyünüz yaşıl qəribə Daihatsu hər kəsin rahat istifadəsi üçün nəzərdə tutulub. İdeya yaxşıdır amma deyəsən tətbiqdə biraz problem var.
 

Mercedes-Benz-in balığa bənzəyən qəribə neon işıqlı konseptinin hər hansısa xüsusi bir məqsədi yoxdur. O sadəcə sərgiyə gələn digər qəribə dizayna malik avtomobillərdən biridir.


Joystick-lə idarə olunan kompakt avtomobil? Toyota?!!

Bu qəribə "varlığın" nə olduğu və nəyə xidmət etdiyini ilk baxışdan anlamaq çətin olsa da üzərindəki Honda loqosu özü hər şeyi izah edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX

×