main-post-cover

    Tom Hiddleston Loki obrazını sonuncu dəfə canlandıracaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Tom Hiddleston çox güman ki, Loki obrazını sonuncu dəfə "Thor 3: Ragnarok” filmində canlandıracaq. Bu barədə britaniyalı aktyor özü müsahibəsi zamanı bildirib. ""Thor 3” filmi mənim üçün maraqlı iş olacaq. Belə ki, mən bu obrazı 4 ildir ki, canlandırmırdım. Həmdə Chris Hamsworth ilə bir filmdə rol almaqdan məmnunam. Bu film mənim Loki obrazım üçün sonuncu olacaq” – deyə aktyor bildirib. Müsahibə əsnasında aktyorun "Avengers” film seriyasının son hssələrində rol alıb almayacağı haqqında sualları isə aktyor bu cür cavablandırıb. "Bilmirəm. Tam səmimiyyətlə deyirəm ki, bu barədə heç bir fkrim yoxdur. Belə ki, onlar hələ filmin final konsepsiyasını tərtib etməyiblər. Hər şey hələki müzakirə edilir” – deyə Tom bildirib. Qeyd edək ki, "Thor 3: Ragnarok” filmi izləyicilərə 2017-ci ilin noyabr ayında təqdim olunacaq. Filmin süjet xətdi barəsində hələki heçnə məlum deyil. Lakin bəzi şaiyələrə görə filmdə Avengers komandasının üzvü Hulk iştirak edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər