main-post-cover

    Toqquşmadan Qaçan Bowling Topu

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Volkswagen”in Şəhər İçi Təcili Əyləc Funksiyası, bir bowling salonunda elektromaqnit sahələr istifadə edərək hazırlanan bir kampaniya ilə  təqdim edildi.

    Saatda 30 km-dən az sürətlə gedərkən qarşıdakı avtomobil, maneə və ya şəxslə toqquşmaya mane olmaq üçün avtomatik olaraq dövrəyə girərək əyləci işə salan Volkswagen Şəhər Daxili Təcili Əyləc Funksiyası; AlmapBBDO tərəfindən hazırlanan bir reklam kampaniyası ilə təqdim edildi.
    Təhlükəsizlik kimi texniki ya da sıxıcı ola biləcək bir mövzunu əyləncəli bir şəkildə başa salmağı seçən Volkswagen AlmapBBDO, bunu edə bilmək üçün San Paulodakı insanların əylənməyə getdiyi yerlərdən birini seçir: Bir bowling salonu. Təcili əyləc mexanizminin əsas üstünlüyü o bowling salonunda reallaşdırılan bir qrup dəyişiklik ilə nümayiş etdirilir. Bowling salonundakı oyun xətlərindən birinin altına gizli bir elektromaqnit səth döşənir. O xəttdəki toplara da maqnit gizlədilir. Mexanizm isə uzaqdan idarə edilir.
    Bütün bu quraşdırmalar insanlara heç cür bowling oynamağa icazə vermir. Hədəfə yaxınlaşan toplar hədəfləri aşırmadan tam qarşısındakı xəttdə dayanır. Başda nə olub-bitdiyini başa düşməyən oyunçular salondakı televizorlarda Volkswagen-in təcili əyləc mexanizmini nümayiş etdirən videoçarxı izləyərkən olanları anlayırlar və gülməyə başlayırlar. Həm də 1 saatlıq ödənişsiz (və maqnitsiz) oyun haqqı qazanırlar.
    Nəticə:1200-dən çox şəxs məkanda reklamla birbaşa əlaqəyə girir. Daha sonra videonun da yüklənməsi ilə minlərlə insan internet üzərindən çalışmanı izləyir. Volkswagen web saytındakı ziyarətçi sayı artarkən, Volkswagen dillerlərini ziyarət edənlər tərəfindən də mövzuya dair marağın artdığı diqqəti çəkib.
    Aşağıdakı videodan izləyə biləcəyiniz reklam kampaniyası haqqında fikirlərinizi Facebook səhifəmizdən uyğun postun şərh qismindən bizimlə bölüşə bilərsiniz.
    Linki kopyala