
Tor Browser-i Dark Web istifadəçilərini ifşa etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Dark Web bir çox qanunsuz işlərlə adını
eşitdirmiş mövzuları əhatə edən saytların yer aldığı ünvandır. Dark Web-də
narkotik, silah alveri başda olmaqla bir çox qaranlıq fəaliyyət sahələri yer
almaqdadır. Məsələn, burda muzdlu qatil tutaraq müxtəlif cinayətlər törədən
insanlar, insan alveri və s. kimi faktlarda mövcuddur. Maraqlıdır, bu qədər mənfi
halların baş verməsinə şərait yaradan Dark Web necə olur ki, maneə ilə
qarşılaşmadan fəaliyyət göstərir. Belə saytlara giriş etmək üçün Tor Browser-nin
istifadəsi tələb olunur.

Bunun üçün Tor Browser-ni kompüterinizdə
quraşdırmalısınız. Tor Browser-dən istifadə edərkən istifadəçinin
izinin itməsi onun ələ keçməsinin qarşısını alır. Bunun əsas səbəbi isə Tor Browser-nin
daimi olaraq istiqaməti fərqli göstərməsidir.
Amma son günlər yer alan xəbər bir
çoxlarının diqqətini cəlb edib. Verilən məlumata görə Tor Browser-i öz istifadəçiləri
haqda məlumat sızdırıb. Tor-un belə etməsinin səbəbi isə FBI ilə uşaq istismarına qarşı əməkdaşlıq etməsi göstərilir. Əslində Tor Browser-i nümayəndələri də
bunu tam olaraq inkar etmir. Səbəb olaraq isə bilərəkdən deyil, problemin sistemdəki
boşluqdan qaynaqlandığı bildirilir. Amma iddialara görə sadəcə Tor Browser-də
olan bu boşluğa bilərəkdən yol verilib.
Uşaq istismarına görə 2013-cü ildə FBI bu browser-dən
istifadə edənlər haqda cinayət işi açmışdı. Bu ehtimalı nəzərə alsaq Tor
istifadəçilərinin ifşası normal hal hesab olunur. Amma belə hesab olunur ki, Dark
Web istifadəçiləri daha Tor Browser-dən istifadə etməyəcək. Bundan əlavə Tor
Project-in təhlükəsizlik açığına səbəb olan hücum kodu bir neçə saat ictimaiyyətə
açıq olub.
Linki kopyala
Həftənin xəbərləri

