Tor Browser-i Dark Web istifadəçilərini ifşa etdi

Tor Browser-i Dark Web istifadəçilərini ifşa etdi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dark Web bir çox qanunsuz işlərlə adını eşitdirmiş mövzuları əhatə edən saytların yer aldığı ünvandır. Dark Web-də narkotik, silah alveri başda olmaqla bir çox qaranlıq fəaliyyət sahələri yer almaqdadır. Məsələn, burda muzdlu qatil tutaraq müxtəlif cinayətlər törədən insanlar, insan alveri və s. kimi faktlarda mövcuddur. Maraqlıdır, bu qədər mənfi halların baş verməsinə şərait yaradan Dark Web necə olur ki, maneə ilə qarşılaşmadan fəaliyyət göstərir. Belə saytlara giriş etmək üçün Tor Browser-nin istifadəsi tələb olunur.

 


Bunun üçün Tor Browser-ni kompüterinizdə quraşdırmalısınız. Tor Browser-dən istifadə edərkən istifadəçinin izinin itməsi onun ələ keçməsinin qarşısını alır. Bunun əsas səbəbi isə Tor Browser-nin daimi olaraq istiqaməti fərqli göstərməsidir.

Amma son günlər yer alan xəbər bir çoxlarının diqqətini cəlb edib. Verilən məlumata görə Tor Browser-i öz istifadəçiləri haqda məlumat sızdırıb. Tor-un belə etməsinin səbəbi isə FBI ilə uşaq istismarına qarşı əməkdaşlıq etməsi göstərilir. Əslində Tor Browser-i nümayəndələri də bunu tam olaraq inkar etmir. Səbəb olaraq isə bilərəkdən deyil, problemin sistemdəki boşluqdan qaynaqlandığı bildirilir. Amma iddialara görə sadəcə Tor Browser-də olan bu boşluğa bilərəkdən yol verilib.

Uşaq istismarına görə 2013-cü ildə FBI bu browser-dən istifadə edənlər haqda cinayət işi açmışdı. Bu ehtimalı nəzərə alsaq Tor istifadəçilərinin ifşası normal hal hesab olunur. Amma belə hesab olunur ki, Dark Web istifadəçiləri daha Tor Browser-dən istifadə etməyəcək. Bundan əlavə Tor Project-in təhlükəsizlik açığına səbəb olan hücum kodu bir neçə saat ictimaiyyətə açıq olub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×