Google\'ın istifadəçilərini qoruma siyasəti çərçivəsində yaratdığı sayt dəyərləndirmə sistemi, Torrent istifadəçilərini hədəf aldı.
Məşhur torrent saytı olan Pirate Bay\'i "Zərərli Saytlar" siyahısına salan Google\'ın bu addımından sonra axtarış edənlərə və sayta girmək istəyənlərə "Təhlükəli sayta girmək üzrəsiniz" mesajı çıxır. Bu sayta girənlərin şifrə, kredit kartı və s. kimi məlumatlarının oğurlana biləcəyi xəbərdarlığı olunur.
Pirate Bay tərəfindən gələn açıqlama görə isə Google nəzdində bu problemin həll olunması üçün müəyyən işlər görülməyə başlanılıb. Problemin qısa zaman ərzində həll olunmasına çalışırlar. Amma bütün bunlara rəğmən, Google geri addım atmasa, pirat istifadə edənlərə böyük zərbə endirəcək.
Pirate Bay\'ə giriş əngəllənsə belə, pirat istifadənin qarşısında durmaq olmayacaq. Bunun üçün başqa tədbirlər lazımdır. Firmalar isə bu barədə məhsulları üzərində işləyirlər.