main-post-cover

    Totalitar rejimi üstün tutan şirkət

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Nüfuzlu yapon qəzeti Nikkei öz mənbələrindən aldığı məlumatlara əsasən Konami şirkətinin iş fəaliyyəti haqqında maraqlı məqalə dərc edib. Məlumatlara görə şirkət daxilində son 5 il ərzində baş verənlər onu göstərir ki, Konami öz işçilərinə totalitar rejim tətbiq edir. Söhbət təkcə Kojima Productions studiyasından getmir.
     
    - Hər şey 2010-cu ildə Yaponiya üçün Dragon Collection mobil oyununun satışa çıxmasından sonra başladı. Kiçik büdcəyə baxmayaraq oyun şirkətə yüksək gəlir gətirdi. Bundan sonra Konami iri miqyaslı oyunlardan çox F2P (Free-To-Play) sosial oyunlarına diqqətini yönəltdi.
     
    - Metal Gear Solid V: The Phantom Pain oyununun büdcəsi 80 milyon dolları keçib. Konami isə bu cür vəsaitlərin xərclənməsinə neqativ yanaşır.
     
    - Sonuncu Metal Gear Solid-i hazır vəziyyətə gətirən Kojima Productions studiyası şirkət daxilində Number 8 Productions adı altında tanınır. Kojima ilə çalışan işçilərin internetə çıxışları yoxdur. Onlar öz aralarında əlaqəni şirkət daxilində yaradılmış xüsusi əlaqə vasitəsilə qururlar.
     
    - Bütün işçilərdə vaxt kartları mövcuddur. Həmin kartların sayəsində Konami onların şirkət daxilində hərəkətlərinə nəzarət edir. Əgər işçi harasa 1 dəqiqə belə geciksə şirkət bunu yüksək səsləndirici vasitəsilə bildirəcək.
     
    - Şirkətin bütün dəhlizlərində videokameralar quraşdırılıb. Beləliklə şirkət istehsal şöbələrində işin gedişatından əlavə olaraq işçiləri həmin şöbələrdən kənardada nəzarətdə saxlayırlar.
     
    - Bir çox işçilərin Konaminin mütəmadi korporativ mail ünvanları yoxdur. PR işçilər istisna təşkil edir. Lakin onlar mail vasitəsilə digər PR işçilərlə əlaqə saxlayırlar. Qalanları isə bir neçə aydan bir dəyişən təsadüfi rəqəm və hərflərdən ibarət olan mail ünvanlarına sahibdirlər.
     
    - Yaxşı nəticə göstərməyən işçiləri idman zallarına təmizləyici, mühafizəçi və yaxud oyun avtomatlarının yığılması ilə məşqul olan zavoda yönləndirirlər. Söhbət təkcə cavan işçilərdən deyil, vaxtı ikən böyük proyektlər üzərində çalışmış oyun sektorunun veteranlarından da gedir.
     
    - 2013-cü ildə yapon qəzeti Asahi maraqlı məlumat dərc etmişdir. Belə ki, oyunların hazırlanması ilə məşqul olan işçini həmin zavoda yönləndirmişdilər. Bunun nəticəsində o depressiyaya düşmüşdü. Şirkət rəhbərliyi onun Facebook səhifəsinə nəzarət edirdi. Beləliklə Konami həmin işçinin hadisə ilə bağlı kədərli statusunu bəyənmiş digər işçilər barəsində tədbir görmüşdü.
     
    Nikkei qəzeti dəfələrlə şirkət rəhbərləri ilə bu məsələ barəsində danışmaq istəyib. Lakin rəhbərlik heç bir cavab verməyib. Hideo Kojimanın isə şirkəti bu ilin sonunda tərk edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər