main-post-cover

    TP-Link smartfon bazarına qatılır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Routerləri və digər şəbəkə avadanlıqları ilə məşhur olan TP-Link şirkəti smartfon bazarına qatılmağı qərara alıb. Bununla əlaqədar olaraq şirkət Neffos smartfonlar seriyasını anons edib. TP-Link Neffos C5 smartfonu 3 versiyada təqdim olunacaq (C5L, C5, C5 Max). Smartfonun hər 3 versiyası Android 5.1 Lollipop sistem təminatı ilə işləyir. 
     
    Neffos C5L 4.3 inç ekrana, Snapdragon 210 prosessoruna, 1 GB-lıq RAM-a, 8 GB-lıq daxili yaddaşa və microSD girişə sahibdir. Smartfonun ön kamerası 2 MP, arxa kamerası isə 8 MP-dir.
     
     
    Növbəti model Neffos C5 5 inç HD ekrana, 64 bit-lik prosessora, 2 GB-lıq RAM-a və 16 GB-lıq daxili yaddaşa sahibdir. Bu modelin ön kamerası 5 MP, arxa kamerası isə 8 MP-dir. 
     
     
    Nəhayət sonuncu model Neffos C5 Max isə 5.5 inç Full HD ekrana, 2 GB-lıq RAM-a, 16 GB-lıq daxili yaddaşa sahibdir. Neffos C5 Max-ın ön kamerası 5 MP, arxa kamerası isə 13 MP-dir. Xarici görünüşcə isə smartfonlar LG G3-ə çox bənzəyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər