main-post-cover

    "Transformers 5" filmindən yeni məlumatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Transformers 5: The Last Knight” filminin baş mənfi obrazı yenidən Megatron olacaq. Bu barədə filmin rejissoru Michael Bay öz rəsmi Twitter səhifəsində bildirib. "Biz çəkilişlərə bu həftə start verdik. Megatron qayıdacaq” – deyə rejissor qeyd edib. Qeyd edək ki, keçən hissələrdə Megatron məğlub olmuşdur. Əsas sual ondan ibarətdir ki, filmin yaradıcıları onu necə qaytaracaqlar. "Transformes 5: The Last Knight” filminin çəkilişləri Kubada start götürüb. Bu film "Fast & Furious 8”-dən sonra ikinci ən böyük film olacaq hansı ki, 60 illik qadağan sonra Kubada çəkilməyinə icazə verilib. Çox güman ki, yeni filmin ssenarisi "The Knights of Cybertron” mövzusu ilə əlaqəli olacaq. Həmin mövzuda cəngavərlər ordenini yaratmış ilk transformerlərdən söhbət gedir. Onlar həmin ordeni yaradandan sonra müdrikliyi yaymaq üçün kainata səyahətə çıxmışdılar. Yeni filmdə baş rolları Mark Wahlberg, Isabela Moner, Stephen Merchant, Jean Dujardin, Peter Cullen və digərləri canlandıracaqlar. "Transformers 5: The Last Knight” filminin premyerası 23 İyun 2017-ci ildə baş tutacaq. 2018 və 2019-cu illərdə isə daha iki film işıq üzü görəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər