

Paramount studiyası "Transformers" film seriyasının gələcək inkişafı üçün bir sıra qərarlar qəbul edib. Məlumatlara görə yaxın illər ərzində 5-ci filmin çəkilməsi ilə yanaşı həmdə hadisələri Cybertron planetində cərəyan edəcək animasiya filmi də istehsal olunacaq. 5-ci filmin ssenarisini Akiva Goldsman hazırlayacaq. Michael Bay isə yenidən rejissor rolunu yerinə yetirəcək. Yeni çəkiləcək fimdə Mark Wahlberg öz rolunu canlandırmaqda davam edəcək. Təsdiq olunmamış məlumatlara görə 5-ci filmdə iki süjet xətdi olacaq. Birinci süjet xətdində Mark-ın canlandırdığı obraz digər autobotlarla birlikdə dünyanı qorumaqda davam edəcəklər. İkinci süjet xətdi isə Optimus Prime-ın transformerləri yaratmış Quintessons adlı irqin axtarışına həsr olunacaq.
Şərh yoxdur