
Trump\'ın prezident seçilməyində əslində günahkar "Facebook"dur!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook ABŞ-da seçimlərdə əsasən Hillary Clinton-u dəstəkləsə də Clinton tərəfi seçimi uduzmaqda Facebook-u günahkar
hesab edir. Belə ki, onlar Facebook-un insanları lazım olan məlumatları almaqdan
uzaqlaşdırdığını iddia edirlər. Hətta bunu "filter şarı" deyə adlandıranlar da az
deyil.
Maraqlıdır bəs filter şarı nə deməkdir və bu
termini Facebook-la nə əlaqələndirir. Filter şarı ifadəsi Əli Pariser-in
2011-ci ildə bestsellər olan "Filtr Şarı: İnternet sizdən nə
saxlayır?" kitabı içində yer almışdı. Bu terminin əsas mahiyyəti ondan ibarətdir
ki, insanlar onlyan alış-verişə və ya bu kimi ikinci dərəcəli məşğuliyyətlərlə məşğul
olur və xarici xəbərlər, vacib faktorlardan bir o qədər uzaqlaşırlar. Belə olan
halda isə təbii ki, gündəmi məşğul edən əsas məsələlərdən kənarda qalırlar.

Clinton tərəfdarları da Facebook-u məhz
buna görə filter şarı təşkil etməkdə günahlandırır.
Clinton'çular, tərəflərin müzakirəsini dinləməyən
insanların və ya bir tərəfi dəstəkləyən tərəfin digərini izləməmək üçün variantlar
seçməsi onların qeyri adekvat addımlar atmasına səbəb olduğunu bildirir.
Gözləyək görək Mark bu mövzuda nə kimi
addımlar atmaq niyyətindədir.
Linki kopyala
Həftənin xəbərləri

