main-post-cover

    Tufan vasitəsilə 50 illik müddətinə enerjini necə təmin etmək olacaq? (VİDEO)

    07.05.2017
    Farid Pardashunas

    Yaponiyalı mühəndis tropik siklonları enerjiyə çevirəcək dünyanın ilk külək generatorunu yaradıb.

    "Challenergy” şirkətinin CEO-su və ixtiraçısı Atsusi Simizu-nun sözlərinə görə Yaponiyanı 50 illik enerji ilə təmin etmək üçün bir şiddətli tufan kifayət edir. Nəzərə alınsa ki, son 1 il ərzində ölkədə 6 tufan qeydə alınıb, bu cür bəyanat optimistik səslənir. Bir çox Avropa istehsalı külək generatorları Yaponiyanın iqliminə uyğun deyil. Onlar tufan və qasırğa nəticəsində tez bir zamanda sıradan çıxırlar. Simizu-nun yaratdığı generator xüsusi olaraq tufan ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuşdur. Belə ki, onun çoxistiqamətli oxu və güclü tənzimləyici pəriləri var. İxtiranın təməlində Maqnus effekti (fırlanan cihaz ətrafında dövr edərək güc yaradan külək axını) dayanır. İlk belə generator Okinava-da inşa edilib və test mərhələsindən keçməyə hazırlaşır. Əgər texnologiya özünü doğrultsa onda o Yaponiya üçün əsl xilasedici faktor olacaq. Belə ki, bu ölkədə enerjinin 84%-i idxal olunur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər