Xoş Xəbər! Elm adamları, tükənməyən batareyanı kəşf etdilər.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Kaliforniya Irvine Universitetinin araşdırmacıları, lityum-iyon batareyalarına görə daha uzun ömrünə sahib yeni bir kəşf batareya kəşf etdilər.
Batareyalar üzərində araşdırmalar aparan Kaliforniya Irvine Univrsitetinin mütəxəssisləri, batareya ömrünü uzadan yeni bir vasitə kəşf ediblər. Nano kabellərin istifadə olunması ilə əldə olunan yeni sistem, batareyaların 200 min dəfə enerji ilə təmin olunmasına şərait yaradır. Lityum-iyon batareayalarından yavaş-yavaş nanopil texnologiyasına keçid almağı hədəfləyən araşdırmacılar, batareyanın enerji ömrünü uzatmaqla yanaşı batareya tutumunu da artırmağı bacarıblar.
İnsan saçından belə incə olan nanotellər, nanopillərə inteqrasiya edilərək enerji istifadəsini optimal səviyyəyə gətirir. İncə olmasına baxmayaraq standart batareyalara görə daha çox elektron daşıyan nano telli batareyalar, bunun sayəsində enerji həcmini də artıracaq. Universitetdə doktor olmağı planlaşdıran Mya Le Thai adlı araşdırmacı, "səhvən" kəşf etdiyi bu yenilik sayəsində, normalda ən çox 5-6 min dəfə enerji ilə təmin oluna bilən standart batareyalardan fərqli olaraq 200 min dəfə enerji ilə təmin olunan məhsulu ortaya çıxarıb. Sözü gedən kəşf, American Chemical Societys Energy Letters'də yer alan məqalədə qeyd olunub. Kəşfi daha sürətli inkişaf etdirmək üçün Kaliforniya və Maryland universitetinin mütəxəssisləri birlikdə çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ