
"Türk Hava Yolları"nın yeni reklamında Zach King yer alıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Technote komandası olaraq hər zaman şirkətlərin
reklam çəkimlərinə diqqət yetirmişik. Çünki reklam insanların bir məhsula və ya
xidmətə diqqət yetirməsi üçün ən asan və təsirli sosial vasitədir. Bu dəfə isə
maraqlı reklam nümunələrindən biri olan Türk Hava Yollarına məxsus reklam
çarxını təqdim edirik. Bu qısa reklam çarxı digərləri kimi diqqət çəkəndir. Səbəb
isə bu reklamda Zach King-in yer almasıdır. Nəzərinizə çatdıraq ki, Zach King YouTube-da təqdim etdiyi maraqlı Vine-ları ilə çoxlu sayda izləyicinin diqqətini
çəkməyi bacaran youtuberdir. Onun çəkdiyi videolar istər ölkəmizdə, istər
dünyada bir çox insanlar tərəfindən maraqla izlənir. Bunu nəzərə alan Türk Hava
Yolları bu dəfəki reklam çarxında yer alması üçün məhz Zach King-i dəvət
edib.
Hər biri təqribən 8 saniyə çəkən 2 reklam çarxı qısa və
maraqlıdır. Xatırladaq ki, belə reklam nümunəsi Türk Hava Yollarında ilk deyil.
Bundan əvvəl şirkət öz reklamlarında Messi və Kobe Bryant kimi məşhurlara yer vermişdi.
Video #MagicOnBoard haştaqi ilə şirkətin rəsmi
Facebook hesabında paylaşılıb.
Linki kopyala
Həftənin xəbərləri

