Türk startapı online idman salonu "Gymanya" Azərbaycan hədəfində
Digər
07.05.2017
Farid Pardashunas
Türkiyənin yeni online idman salonu startapı "Gymanya.com" 17.000 istifadəçi sayına çatdıqdan sonra Azərbaycan və "MENA" (Yaxın Şərq və Şimali Afrika) bazarı hədəfindədir. "Gymanya.com" istifadəçilərinə tələb xidməti olaraq hər yerdə və hər zaman müxtəlif hədəflərə fokuslanmış fitnes, idman və qidalanma proqramları təklif edir.
Professional məşqçi heyyəti, dietoloqları, sərfəli paketləri və zəngin video materialları ilə istifadəçilərə tam olaraq online idman salonu təcrübəsini yaşadır.
Olduğunuz yerdən və vəziyyətinizdən asılı olmayaraq 7/24 istifadə edə biləcəyiniz platformada 8 fərqli məşq proqramı (Yoga, Pilates, Dans, HIIT, Body Pump, Fit Fight,
Cardio Burn), 57 HD video və 10 həftəlik pulsuz qidalanma rasionu yer alır. Texniki olaraq ölkə xaricindən də istifadəçi qəbul edə bilən "Gymanya.com" ilkin olaraq türk dilli kütləni hədəf aldığı üçün Almaniya və Azərbaycandan da istifadəçilər, proqramın xidmətlərindən faydalana bilir.
Burak Seçkinok və Korcan Ünal tərəfindən 2014-cü ildən hazırlanmasına başlanılan layihə, 2015-ci ilin noyabr ayında istifadəyə verilib. Keçən 15 ay müddət ərzində 17.000 istifadəçi sayına çatan "Gymanya.com", ortalama hər ay 1000 yeni istifadəçini platformaya cəlb edə bilir. İstifadəçilərin böyük əksəriyyəti isə İstanbul, Ankara və İzmir şəhərlərindəndir. Türkiyə və "MENA"da yeni formalaşmaya başlayan online idman bazarını araşdıran və bu bazarda mövcud olan layihənin əsas məqsədi qısa zamanda regional bazarda böyük gücə sahib olmaqdır.
Hədəf bazarları arasında Azərbaycanın da olduğu layihə, bütün bu müddət ərzində öz ayaqları üzərində durmağı bacarıb və hələ heç bir investisiya cəlb etməyib. Layihə rəhbərindən aldığımız müsahibədə "Gymanya"nın hal hazırda yatırım axtarışında olduğunu və belə bir yatırımın Azərbaycandan da gözlədiklərini xüsusilə qeyd edib. Startapın əsas gəlir mənbəyi isə istifadəçilərin aylıq yaxud illik üzvlük haqqları hesabına formalaşır. Əgər siz də online idman salonunun xidmətlərindən yararlanmaq istəyirsinizsə buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)