main-post-cover

    Türkiyə höküməti, rusiyalı səfiri qətlə yetirmiş şəxsin iPhone cihazını hack etməyə çalışır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Türkiyə höküməti, "Apple”dan, rusiyalı səfir Andrey Karlovu qətlə yetirən şəxsin iPhone cihazını hack etməyi xahiş edib.

    Qeyd edək ki, Türkiyənin Rusiyadakı səfiri Andrey Karlov bu həftənin bazar ertəsi Ankaradakı fotosərginin açılışı zamanı qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən səfiri, 22 yaşlı keçmiş polis Mevlut Mert Altıntaş qətlə yetirib. O, Karlovu bir neçə dəfə odlu silahdan atəş açaraq qətlə yetirib və bu əməlinin səbəbini Rusiyanın, Siriyadakı hərbi əməliyyatları ilə əlaqələndirib. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən nəticədə terrorist Türkiyənin təhlükəsizlik orqanları tərəfindən öldürülüb. Sonradan terrorçuda iPhone 4s smartfonu aşkar edilib. Smartfon, 4 şifrəli kod ilə qorunur. Türkiyədəki rusiyalı səfirin öldürülməsi barəsindəki istintaqa 120 nəfərdən ibarət mütəxəssis heyəti cəlb olunub. Həmçinin onların arasında terrorçunun smartfonundakı məlumatları incələməyə yönəlik Türkiyənin xüsusi dövlət orqanları nümayəndələri də daxildir. Lakin buna baxmayaraq iPhone-u hack etmək mümkün olmayıb. Məlumata əsasən Rusiya tərəfi, iPhone-u hack etmək üçün öz mütəxəssislərini Türkiyəyə göndərəcək. Bununla yanaşı Türkiyə höküməti iPhone-nun aktiv edilməsi barəsində "Apple” şirkətinə müraciət edib. Şirkət isə hələki hadisə ilə bağlı fikir bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər