main-post-cover

    Türkiyədən Uber-ə sərt cəza

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Uber artıq bir müddətdir ki, fəaliyyət göstərdiyi ölkələrdə problemlərlə qarşılaşır. Bu ölkələr siyahısına yeni biri daha əlavə olundu. Türkiyədə Uber-ə qanunsuz daşıma iddiası ilə cəza verilməsi tələb olunur.

    Təhlükəsizlik nümayəndələri son 4-5 aydır Uber-lə daha ciddi mübarizə aparmaqdadır. Bu haqda məlumat webrazzi xəbər saytına aiddir. İlk mərhələdə səlahiyyətlilər bu tətbiq üzrə çalışan maşın sayısının 1000-ə yaxınlaşdığını bildirirlər. Hətta səlahiyyətli şəxslər bir müddət əvvəl Uber maşınına və bu xidmətdən istifadə edən müştəriyə 281TL cəza veriblər. Daha sonra bu cəza Uber Türkiyə tərəfindən ödənilib. Amma bu hadisə Uber-ə qarşı həyata keçiriləcək ciddi addımlardan xəbər verir. Uber-ə qarşı atılan addımlar yalnız paytaxtda deyil, bütün Türkiyə ərazisi üçün xarakterikdir.
    Qeyd edək ki, bu cəzalar öz maşını olmayan Uber sürücülərini əhatə edir. Əgər maşın sürücünün özünə məxsusdursa, onda pul cəzası verilmir. Amma sürücü 60 gün ərzində maşını istifadə edə bilmir. Uber istifadəçilərinə isə bayaq da qeyd olunduğu kimi 281 TL pul cəzası verilir. Türkiyədə Uber maşın sürücüləri iki formada fəaliyyət göstərir. Belə ki, ya Uber, turizm şirkətlərindən maşın kirayələyir yaxud öz taksisi olan şəxslərlə əməkdaşlıq edir. Uber hər iki hal üçün də taksi lisenziyası olmamasına baxmayaraq taksi kimi özünü qələmə verməkdə günahlandırılır. Belə olduqda lisenziyası olmayan Uber sürücüləri əldə etdikləri gəlirdən vergi verməkdən yaxa qurtara bilir. Bu zaman Uber, Türkiyəyə lazım olan vergini ödəmiş sayılmır.

    Uber-in belə bir problem yaşamasının səbəbi onun bir taksi şirkəti olmamasından qaynaqlanır. Əslində bir çoxları Uber-i taksi xidməti kimi qəbul etsə də bir çox hallarda şirkət eBay funksiyası daşıyır. Onu eBay adlandırmaqda əsas səbəb Uber-in müştəri və sürücü arasında yaratdığı əlaqənin alıcı və satıcı arasındakı əlaqə ilə oxşarlıq təşkil etməsindən irəli gəlir. Uber öz xidmətini daha da genişləndirmək üçün hər zaman yeniliklər təqdim etməkdə davam edir. Bir digər tərəfdən Uber belə xidmət verən tək şirkət deyil. Ona görə də ona verilən cəzalar rəqiblərinin daha çox işinə yarayır. Məsələn, Türkiyədə OLEV və YOLO kimi rəqib şirkətlər Türkiyəyə məxsus olduqları üçün belə problemlər yaşamırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər