Türkiyənin yeni müdafiə cihazı - ATƏŞKƏS, Sniperlərin yerini təyin edəcək!

Türkiyənin yeni müdafiə cihazı - ATƏŞKƏS, Sniperlərin yerini təyin edəcək!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Savaşın və suiqəsdlərin ən təhlükəli və ən bilinməz tərəflərindən biri olan sniperlərə, Türk məhsulu olan bir həll üsulu gəldi. ATƏŞKƏS vasitəsilə bu şəxslər asanlıqla təyin ediləcəklər.

Savaş sırasında görünməz bir təhdid olan sniperlərə qarşı alına biləcək tədbirlər məhduddur. Şəhidlər verməyimizə səbəb olan və faili-məchul olaraq qalan bu sniper hücumlarına mane olmaq üçün illərdir ciddi üsullar axtarılır. Hücumdan sonra yerini ancaq saatlar sonra təyin edə bildiyimiz sniperlərə qarşı həll üsulu qardaş ölkədən gəldi. Sərhəd təhlükəsizliyinin çox vacib olduğu bugünlərdə, tədbirləri artırmaq adına ciddi bir irəliləmə yaşandı.

"HAVELSAN”, bu təhdidi ortadan qaldırmaq adına çox vacib bir addım atdı. Akustik Əsaslı Uzaqdan Silahlı Atəş Təyinetmə Sistemləri adı verilən cihaz vasitəsilə səs yolu ilə sniperlərin yerini öyrənmək mümkündür. Cihaz, içində mövcud olan akustika təyin etmə sistemi ilə, 8 fərqli mikrofondan ətrafdakı səsləri təyin edə biləcək.


500 metrə qədər edilən atəşin istiqamətini və uzaqlığını 10% xəta payı ilə təyin edən ATƏŞKƏS, sərhəd postları kimi daimi olaraq hücumlara və güllə yağışına məruz qalan binaların qorunmasında inanılmaz köməkçi olacaqdır. Əgər həqiqi bir qoruma istəyiriksə, bir binanın ətrafına qoyulacaq 3 ədəd ATƏŞKƏS, binaya qarşı bir atəş açıldığında hücumun gəlmə istiqamətini hesablayaraq, düşmənin üstünlüyünü tamamilə yox edəcəkdir.

Hələki Türkiyənin bu cihazı satıb-satmayacağı barədə bir məlumat yoxdur amma qardaş ölkədə baş verən bu yeniliyin Azərbaycan üçün də reallaşdırılacağı təqdirdə ciddi bir üstünlük əldə edəcəyimiz açıq-aşkar aydındır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×